Menu
Geri İrəli

Atletlər Kəndində qəza olub, 3 avstriyalı idmançı yaralanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyun 2015 • Baxış sayı: 1,205 dəfə • Şərh yoxdur

92830Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda qəza baş verib.

“Bakı 2015″ Əməliyyat Komitəsindən (BEGOC) ANS PRESS-ə verilən məlumata görə, tibb xidməti bu gün səhər Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda baş verən qəza ilə bağlı açıqlama yayıb.

Məlumatda qeyd edilir ki, hadisə nəticəsində 3 nəfər avstriyalı idmançı dərhal xəstəxanaya yerləşdirilib. BAOƏK bütün idmançıların təhlükəsizliyini və sağlamlığını ən vacib məsələ hesab edir.

BEGOC-dan bildirilir ki, hazırda bununla bağlı ətraflı məlumat verə bilmir.

Daha təfsilatlı informasiya gün ərzində təmin ediləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın