Menu
Geri İrəli

Dəhşətli qəzada ölənlərin hamısının şəxsiyyəti məlum oldu – SİYAHI – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Avqust 2016 • Baxış sayı: 1,794 dəfə • Şərh yoxdur

tecili-yardim-021Bu gecə Sumqayıt yaxınlığında, Bakı-Quba magistral yolunun 44-cü kilometrliyində baş vermiş dəhşətli qəzada ölən 6 nəfərin hamısının şəxsiyyəti müəyyənləşib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 21:00 radələrində Bakı-Quba-Rusiya sərhədi yolunun Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 45-ci km-də 1976-cı il təvəllüdlü Abşeron rayonu Saray qəsəbəsində yaşayan Bayramov Elyar Yusif oğlunun Quba rayonu istiqamətdə idarə etdiyi “Wolskvagen Passat” markalı, 99-DZ-632 dövlət qeydiyyat nişanlı avtomobillə 1983-cü il təvəllüdlü Tovuz rayon sakini Məmmədov Elnur İsfəndiyar oğlunun əks istiqamətdə idarə etdiyi “Vaz-21102” markalı, 66-BS-663 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Nəticədə “Vaz-21102” markalı avtomobilin sürücüsü, həmin avtomobildə olan sərnişinlər – 1982-ci il təvəllüdlü Tovuz rayon sakinləri Məmmədova Arifə Yunis qızı, 1979-cu il təvəllüdlü Quliyeva Şəfəq Musa qızı, 1973-cü il təvəllüdlü Qasımov Akif Yunis oğlu, həmçinin “Wolskvagen Passat” markalı avtomobildə olan sərnişin – 1982-ci il təvəllüdlü Bakı şəhər sakini Rəhimov Ramil Adil oğlu hadisə yerində ölüblər, “Wolskvagen Passat” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişin 1983-cü il təvəllüdlü Abşeron rayon sakini Bayramov Elçin Yusif oğlu xəsarət alaraq Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına çatdırılsalar da E.Bayramovun həyatını xilas etmək mümkün olmayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın