Menu
Geri İrəli

İranda saata 30 narkoman tutulur

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Aprel 2013 • Baxış sayı: 301 dəfə • Şərh yoxdur
Share Button

 

İranda hər saat orta hesabla 30 narkoman, yaxud narkotik alverçisi həbs olunur.
Bu barədə Trend “Mehr” agentliyinə istinadən məlumat verir.
Qonşu ölkədə orta hesabla hər saat bununla bağlı 27 məhkəmə işi açılır.
Polis və narkotik maddələrlə mübarizə təşkilatının rəsmi statistikasına görə, sutkada 1369 kq narkotik maddə aşkarlanaraq müsadirə olunur. Ötən il (İran təqvimi ilə il martın 19-da bitir) 500 ton narkotik maddə müsadirə olunub ki, bu da hər saat 57 kq narkotik maddə deməkdir.
Hesabata görə, narkotik maddə, əsasən, İranın şərq sərhədlərindən, daha çox Bəluçistan əyalətində ölkəyə gətirilir.
Hazırda İranda 1 325 min narkoman var və əlavə 700 min nəfər narkotik aludəçisi olmadan uyuşdurucudan istifadə edir.
Qonşu dövlətdə narkomanların orta yaşı 21-dir. Ölkədə hər sutkada 6 narkotik maddə bankı aşkar olunur və ötən il ərzində 700 belə bank ifşa olunub. İranda sutkada 11 nəfər narkotik maddədən istifadə etdiyinə görə dünyasını dəyişir və onların əksəriyyəti gənclərdir.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın