Menu
Geri İrəli

Leyla da dünyasını dəyişdi…

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2016 • Baxış sayı: 9,941 dəfə • Şərh yoxdur
Share Button

14370344_174850282922296_4466271999762356972_nsumqayitxeber.com xəbər verir ki, bir neçə gün əvvəl Sumqayıtdan Bakıya işə gələrkən qəzaya düşən bacılardan biri, Leyla Qəhrəmanlı da dünyasını dəyişib.

Qeyd edək ki, Leylanın bacısı Sürəyyə Qəhrəmanlı sözügedən qəzada vəfat etmişdi.

1991-ci il təvəllüdlü Sürəyya Qəhrəmanlının idarə etdiyi “Chevrolet”in “MAN” markalı yük maşınına çırpılması nəticəsində o vəfat edib. Bacısı, 24 yaşlı Leyla Qəhrəmanlı isə koma vəziyyətində xəstəxanaya yerləşdirilmişdi.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, ekspertizalar təyin edilib.

sumqayitxeber.com əldə etdiyi məlumata görə qəzaya düşən bacılar Sumqayıt sakinləridir. Sumqayıt şəhər 3-cü mikrorayonda yaşayıblar. Dünyasını dəyişən Sürəyya Qəhrəmanlı Bakı şəhərində özəl klinikalardan birində mühasib işləyirmiş.

qeza-bacilar

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın