Menu
Geri İrəli

Müxbirini zorlamaqda ittiham olunan baş redaktorun adı bilindi

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Aprel 2014 • Baxış sayı: 490 dəfə • Şərh yoxdur

Ötən həftə Bakının Binəqədi rayonunda işçisini zorlayamaqda ittiham olunan baş redaktorun kimliyi məlum olub.

 Hüquq-mühafizə orqanlarından Teleqraf.com-a verilən məlumata görə, zorlama hadisəsi “Mizan Tərəzi” qəzetinin redaksiyasında baş verib.

Aprelin 18-də Binəqədi rayon Polis İdarəsinin 5-ci bölməsinə müraciət edən  25 yaşlı xanım jurnalist zorlandığını bildirib. O, qəzetin redaksiyasında  işlədiyi redaksiyanın baş redaktoru Azər Əliyev tərəfindən zorlandığını deyib. Zorlama faktı ilə bağlı 5-ci polis bölməsində araşdırma aparılır.

İddia olunur ki, baş verən hadisə redaksiyada xanımla qəzet rəhbərliyi arasında olan narazılıqdan doğan münasibətlərdən qaynaqlanan şər-böhtan da ola bilər.

Baş verən hadisələr aparılacaq təhqiqat araşdırmasının sonunda məlum olacaq.

Hacı Zeynalov

1343817658_zorlama

Facebook Şərhləndirmə:

Şərhinizi yazın