Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetinin tələbəsi intihar edib

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyun 2016 • Baxış sayı: 2,300 dəfə • Şərh yoxdur

Sumqayıt Dövlət Universitetinin tələbəsi Əfqan Məmmədovun intiharı ilə bağlı yeni təfərrüatlar məlum olub.

APA-nın Qarabağ müxbirinin Ə. Məmmədovun dostlarından əldə etdiyi xəbərə görə mərhumu ipdən asılı vəziyyətdə ilk görən onun otaq yoldaşları olub.

Gecə saat 04:50 radələrində Ə. Məmmədovun otaq yoldaşlarından biri mətbəxdə onu ipdən asıldığını görüb və digər otaq yoldaşını köməyə çağırıb. Yoldaşları ipi kəssələr də, onun həyatını xilas edə bilməyiblər. Mərhumun üzərində məktub olmayıb.

Yoldaşları Ə. Məmmədovun oxuduğu ali məktəbdə də hər hansı problemi olmadığını, sevgi məsələsinə görə intihar etdiyini ehtimal etdiklərini bildiriblər.

***

13.03
Ağdam.Ziya Əmirxanlı-APA. Ağdam rayon Mirəşelli kənd sakini 1996-cı il təvəllüdlü Məmmədov Əfqan Maqsud oğlu intihar edib.

Ə.Məmmədovun yaxınlarının APA-nın Qarabağ bürosuna verdikləri xəbərə görə, hadisə Ə. Məmmədovun Sumqayıt şəhərində kirayə qaldığı evdə baş verib.

Ə.Məmmədov Sumqayıt Dövlət Univeristetinin 3-cü kurs tələbəsidir. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

b79ad1472debbc30f3cf6fd66037ff87 e6a6f0e0de4b2ad2bc1e8b1abf10a0af

Facebook Şərhləndirmə:

Şərhinizi yazın