Menu
Geri İrəli

Sumqayıt şəhərində cibgirlik edən şəxs tutuldu – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Noyabr 2016 • Baxış sayı: 449 dəfə • Şərh yoxdur

cibgirAbşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları bir ildir cibgirliklə məşğul olan şəxsi saxlayıb.

Sərnişin avtobuslarında cibgirliklə məşğul olan 35 yaşlı Məmmədli Yaşar Kərim oğlu tutularaq istintaqa təhvil verib.

Dindirmə zamanı Y.Məmmədli törətdiyi əməlini etiraf edib. Məlum olub ki, Y.Məmmədli Sumqayıt şəhərində 35 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusunda sərnişinin cibindən 1100 manat, Saray qəsəbəsində 501 nömrəli marşut avtobusunda bir nəfərin cibindən 950 manat götürərək aparıb.

Qeyd edək ki, Y.Məmmədli əvvəllər narkotik maddələrdən qanunsuz olaraq istifadə etdiyi üçün məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanılıb. Araşdırma aparılır. (Report)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın