Menu
Geri İrəli

Taksi sürücülərinə qarşı soyğunçuluq edən şəxsə hökm oxunub

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyun 2017 • Baxış sayı: 324 dəfə • Şərh yoxdur
Share Button

mehkeme hebsBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Raul Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R. Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sumqayıt polisi taksi sürücülərinə qarşı soyğunçuluq edən şəhər sakinini saxlayıb. Məlum olub ki, 30 yaşlı Raul Əhmədov taksi sürücüləri Ramiz Heydərov, Elbəyi Həşimov, Vaqif Allahverdiyev və digərlərinə qarşı soyğunçuluq edib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın