Menu
Geri İrəli

Şəhriyar Məmmədyarov 10-cu sırada

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Sentyabr 2014 • Baxış sayı: 401 dəfə • Şərh yoxdur

shehriyarBeynəlxalq Şahmat Federasiyası dünyanın ən yaxşı şahmatçılarının yeni reytinq siyahısını dərc edib.

ANS PRESS-in məluymatına görə, reytinqin əvvəlki nəşrlə müqayisəsinə görə Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ilk onluğa düşüb. O, 2764 xalla 10-cu yerdə qərarlaşıb.

Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbov 33-cü sıradan 25-ci yerə düşüb. Rauf Məmmədov isə 13 yer irəliləyərək 93-cü yerdən 80-ci sıraya düşüb.

Siyahıya hazırkı dünya çempionu norveçli Maqnus Karlsen başçılıq edir, onun hesabında 2863 xal var.

Sürətli oyun (blits) üzrə reytinqdə T.Rəcəbov 11-ci yeri tutur, Ş.Məmmədyarov isə 6-cı sıradadır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın