Menu
Geri İrəli

Sumqayıtın gənc şahmatçıları Azərbaycan birinciliyinin seçmə yarışında uğurla çıxış ediblər

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Fevral 2017 • Baxış sayı: 675 dəfə • Şərh yoxdur

shahmat-turniriSumqayıtın gənc şahmatçıları Azərbaycan birinciliyinin seçmə yarışında uğurla çıxış ediblər. Salyan rayonunda 8–16 yaşadək oğlan və qızlar arasında keçirilən yarışda respublikanın şəhər və rayonlarının 280-ə yaxın idmançısı qalib adı uğrunda mübarizə aparıb.

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC–a bildirilib ki, maraqlı və həyəcan dolu idman mübarizəsi şəraitində keçən ölkə birinciliyində Sumqayıt şəhərinin şahmatçıları böyük uğura imza atıblar. Belə ki, qızlar arasında Suğra Allahverdili (8 yaş), Mələk İsmayıl (14 yaş), Ləman Hüseynova (16 yaş) və oğlanlar arasında Hüseyn Əhmədzadə (8 yaş), Uğur İlyaslı (14 yaş), Sahil Mehrəliyev (16 yaş) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Nurtən Nuriyeva, Şəhla Əzizova, Şamil Məmmədov gümüş medala, Gülüzar Hüseynova, Diana Qurbanova, Abusəddin Mollayev, Fərhad Fərhadlı, İsmayıl Məmmədov isə bürünc medala sahib olublar.

Yarışın qalib və mükafatçıları cari ildə keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsinə vəsiqə qazanıblar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın