Menu
Geri İrəli

Rövnəq Abdullayev qızların arzusunu yerinə yetirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Sentyabr 2015 • Baxış sayı: 280 dəfə • Şərh yoxdur

26691

Avropa Oyunları və Qazaxıstanda keçirilən dünya çempionatı zamanı uğursuz nəticələrlə yadda qalan Azərbaycan Cüdo Federasiyasında ciddi dəyişiklikər olub.

Bir müddət öncə Rövnəq Abdullayev məhz bu federasiyaya prezident təyin olunmuşdu. Hər kəs artıq cüdoçularımızdan uğurlu nəticələr gözləyir. Rövnəq Abdullayevin təyinatından sonra federasiyada bir sıra dəyişikliklər də olub. Neftçi İdman Klubunun prezidenti Sadıq Sadıqov cüdo federasiyasına vitse-prezident təyin olunub.

Məşqçilər baxımından da əziyyət çəkən cüdomuzda bu yöndə də dəyişiklik edilib. Belə ki, avstriyalı məşqçi, vaxtilə millimizdə də işləmiş Peter Zeyzenbaher baş məşqçi təyin olunub.

Qeyd edək ki, bir neçə ay öncə qadın cüdoçularımız “Qafqazinfo”ya müsahibələrində Peter Zeyzenbaherin yenidən Azərbaycan millisinə baş məşqçi təyin olunmasını istəmişdilər. Rövnəq Abdullayev də qızların bu arzusunu ürəyində qoymayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın