Menu
Geri İrəli

Siqaretin nağd pulla topdansatışı qadağan edildi – Azərbaycanda

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Mart 2016 • Baxış sayı: 282 dəfə • Şərh yoxdur
Share Button

52d391bc6879f5f69cf3f1142e161ee3

Azərbaycanda pərakəndə satış istisna olunmaqla, tütün məmulatlarının nağd pulla satışına qadağa qoyulub.

“Sumqayitxeber.com” “APA-Economics”ə istinadən xəbər verir ki, qaydanın tətbiqi son istehlakçıya aid olunmur. Lakin qaydanın tətbiqi hələlik neqativ effektini verib. Belə ki, mağazalardasiqaret qıtlığı yaranıb.

Distributorlar deyir ki, topdan və pərakəndə satış nöqtələri bu qaydaların tətbiqinə hazır deyil: “Problem ondan ibarətdir ki, topdan və pərakəndə satış məntəqələri nə bank hesabı, nə də ki, POS-terminallarla təmin olunmayıblar. Təbii ki, təmin olunanlar da var, lakin onların istifadəsində maraqlı deyillər. Yaranmış vəziyyət bazara real təhlükədir. Belə ki, bazarda qaçaqmalçılıq yolu ilə gətirilən məhsulların sayı kifayət qədər artacaq. Çünki, leqal yolla gətirilən siqaretlər istehlakçıya çatmayacaq. Nəticə etibarilə, dövlət büdcəmiz də ziyan çəkəcək. Distributorlar bu prosesin tədricən həyata keçirilməsinin tərəfdarıdır”.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu məsələ iki gün əvvəl sahibkarlarla baş tutan görüşdə müzakirə olunub.

Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov da məsələyə münasibət bildirib: “Biz bir tərəfdən şəffaflığı, yoxlamaların sayının azalmasını istəyirik, digər tərəfdən dünyanın qəbul etdiyi hesablaşma metodundan istifadə etmək istəmirik. Bu məsələdə tütün məmulatları və spirtli içkilər sadəcə test xarakteri daşıyan bir istiqamət idi. Ümumiyyətlə, ödənişlər nağdsız olsa, daha yaxşı olar. Ödənişlərin nağd olması həddindən artıq yoxlamalara gətirib çıxarır. Sahibkarlar fəaliyyətlərinin 70-80%-ni nağd əməliyyatlarla edirlər. Dövlət miqyasında bu boyda nağdsız əməliyyatlara nəzarət etmək həqiqətən çətindir. Biz birgə uçot sisteminin təkmilləşdirilməsi, nağdsız əməliyyatların artırılması istiqamətində çalışmalıyıq. Nağd əməliyyatlar bazarda rəqabət mühitini pozur. Nağdsız işləyən, müasir uçot standartlarını tətbiq edən mağazalar, sahibkarlar bizə davamlı olaraq qanunsuz ticarətin, nağd aparılan ticarətin rəqabət mühitinə necə ağır zərbə vurduğundan şikayət edirlər. Nağd əməliyyatlara nəzarət artan kimi, bir qrup insanlar deyir ki, bu, satışa çətinlik yaradır. Mənə elə gəlir ki, sahibkarlar burada mütəşəkkillik göstərməlidir, qanuni fəaliyyət göstərməyin zövqünü yaşamalıdır. Nağd əməliyyatlar dünyanın hər yerində vergidən yayınma riski çox böyük əməliyyatlardır”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın