Menu
Geri İrəli

Sumqayıtda maarifləndirici tədbirlər davam etdirilir – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Oktyabr 2017 • Baxış sayı: 255 dəfə • Şərh yoxdur
Share Button
1507896001_54Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhər Tarix Muzeyində Sumqayıt Bələdiyyəsinin məhəllə komitələri ilə “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda “dəyirmi masa” keçirib.
FHN Sumqayıt Regional Mərkəzin İctimaiyyətlə əlaqə və təbliğat sektorundan sumqayitxeber.com-a verilən məlumata görə, görüş məhəllə komitələrinin üzvlərinin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlərin görülməsi məqsədilə keçirilib. Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları, Sumqayıt Bələdiyyəsinin və məhəllə komitələrinin nümayəndələri iştirak edib.
Toplantıda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqın zamanı nə etməli?”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı”, “Çimərlikdə təhlükəsiz qaydaları” və “112 qaynar xətti” mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş olunub. Tədbirdə, həmçinin yanğına qarşı profilaktik tədbirlərin həyata keçirilməsi, yanğınların başvermə səbəbləri və nəticələri, onların söndürülməsində yaşayış massivlərindəki qeyri-qanuni maneələr və digər məsələlərə toxunulub. Sonda suallar cavablandırılıb və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylanılıb.

Sumqayıtda maarifləndirici tədbirlər davam etdirilir - FOTOLAR

Sumqayıtda maarifləndirici tədbirlər davam etdirilir - FOTOLAR

Sumqayıtda maarifləndirici tədbirlər davam etdirilir - FOTOLAR

Sumqayıtda maarifləndirici tədbirlər davam etdirilir - FOTOLAR

Sumqayıtda maarifləndirici tədbirlər davam etdirilir - FOTOLAR

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın