Menu
Geri İrəli

Sumqayıtda sərgi-müsabiqə keçirilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 12 May 2016 • Baxış sayı: 700 dəfə • Şərh yoxdur
Bu gün Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Komitəsi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşəbbüsü ilə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Üzrə Reprezentiv Siyahısına daxil edilmiş “Zirvədən boylanan mədəniyyətimiz” adlı sərgi-müsabiqə keçirilib.
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən Xeberle.com-a verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanın Qeyri-Maddi Mədəni irs üzrə Reprezentiv siyahısına düşmüş maddi mədəniyyətimizi aşılamaq, şagirdlərdə vətənpərvərlik hissini oyatmaq, gənc nəslin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirləri üzə çıxartmaqdır.

Müsabiqə rəsm nominasiyası üzrə iki yaş qrupunda: 8-12 və 14-16 yaş qrupları arasında keçirilib.

Müsabiqədə Sumqayıt şəhər Bülbül adına 2 saylı UİM-in, Ə.Bakıxanov adıa UİM-in, Elit Təhsil və Karyera Mərkəzinin, Nizami Gəncəvi adına Kitabxana klubun və Şəhər Mədəniyyət Evinin dərnək üzvləri iştirak ediblər.

Müsabiqəyə 46 şagirdin 75 rəsmindən 49-u təqdim olunub.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Vaqif Nəzirov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Ceyhun Hüseynov, Şair Əşrəf Veysəlli, abidələrin mühafizəçisi İradə Quliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Aygün Zülfüqarlıdan ibarət münsiflər heyətinin qərarına əsasən Mehdiyeva Səma (Ə.Bakıxanov adına UİM) I yerə, Həqiqət Ağayeva (Bülbül adına UİM) və Emil Məmmədli (Ə.Bakıxanov adına UİM) II yerə, Sahil Oruclu (Nizami Gəncəvi adına Kitabxana klub) və Öznur Qafarlı (ŞME) III yerə, C.Cabbarlı adına mədəniyyət evinin rəsm dərnəyinin üzvləri canlı performansa görə həvəsləndirici yerə layiq görülüblər.

Qaliblər diplomlar və hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirdə Sumqayıt Dövlət rəsm Qalereyasının direktoru Ellada Həsənova, şair Əşrəf Veysəlli, Heydər Əliyev Mərkəzinin direktoru Aygün Zülfüqarlı, Əməkdar rəssam Vaqif Nəzirov çıxış edərək belə tədbirlərin istedadlı gənclərin öz bacarıq və qabiliyyətlərini üzə çıxarmasında müstəsna əhəmiyyətini qeyd edib, onlıara uğrlar arzulayıblar.

Tədbirdə C.Cabbarlı adına mədəniyyət evinin “Turan” rəqs kollektivi, Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivinin üzvləri Zaur Yusifli, Elvin Qasımov, Tünzalə Məmmədova Kamil Ağazadənin ifasında vətənpərvər əhval-ruhiyyəli mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.


 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın