Menu
Geri İrəli

2016-cı ildə dolların məzənnəsi xeyli qalxacaq – “Bloomberg”

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Yanvar 2016 • Baxış sayı: 478 dəfə • Şərh yoxdur

dollarABŞ dolları cari ildə dünyanın əsas valyutalarına nisbətdə xeyli möhkəmlənəcək.

APA-nın  xəbərinə görə, müvafiq proqnoz “Bloomberg” agentliyinin mütəxəssisləri tərəfindən verilib.

Proqnoza əsasən, ABŞ dollarına nisbətdə avronun məzənnəsi 3 faizədək aşağı düşəcək. Yapon yeni ABŞ dollarına nisbətdə 3,5 faiz, İsveç kronu, Danimarka kronu və Avstraliya dolları təxminən 5 faiz zəifləyəcək. ABŞ milli valyutasına nisbətdə İsveçrə frankının məzənnəsi 6 faiz, Yeni Zelandiya dollarının isə 7,5 faiz aşağı düşəcək.

“Bloomberg” agentliyinin proqnozlarına əsasən, 2016-cı ilin yekunlarına görə, ABŞ dollarına nisbətdə Kanada dolları təxminən 3,5 faiz, funt sterlinq – 2,5 faiz, Norveç kronu isə 1,2 möhkəmlənəcək.

Ekspertlərin fikrincə, ABŞ dollarının gözlənilən möhkəmlənməsi 2015-ci ilin dekabrın ortalarında ABŞ-ın Federal Ehtiyat Sİsteminin uçot dərəcəsini artırması ilə əlaqədardır. Bu qərar son doqquz ildə ilk dəfə verilib. Ekspertlər 2016-cı ildə iqtisadi artımın davam edəcəyi təqdirdə uçot dərəcəsinin daha 4 dəfə artırılacağını proqnozlaşdırırlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın