Menu
Geri İrəli

Avtomobili içkili sürən nazir istefa verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Avqust 2016 • Baxış sayı: 618 dəfə • Şərh yoxdur

aidaİsveçin lisey təhsilinə məsul naziri Aida Hadzialic içkili vəziyyətdə sükan arxasında tutulduqdan sonra keçirdiyi mətbuat konfransında: “Həyatımın ən böyük səhvini etdim”, – deyərək istefa edib.

Milli.Az publika.az-a istinadən bildirir ki, dünən axşam Danimarkanın paytaxtı Kopenhagendə konsertdə olduqdan sonra Malmöyə gələrkən yol polisinin keçirdiyi reyd zamanı saxlanılan və qanında spirt aşkarlanan nazir Aida Hadzialic mətbuat konfransı keçirib. O bildirib ki, konsertdən əvvəl iki stəkan şərab içib. Konsert başa çatandan sonra spirtin təsirinin keçmiş ola biləcəyini düşünərək sükan arxasına keçib: “Deməli, keçməyib. Bu, indi nəticələrinə dözdüyünüz böyük bir səhv idi. Böyük bir səhvə yol verdiyimi etiraf edir və vəzifəmdən istefa verirəm”, – deyə o bildirib.

Qeyd edək ki, Yuqoslaviyada vətəndaş müharibəsi əsnasında ailəsi ilə birlikdə 1992-ci ildə 5 yaşında ikən İsveçə sığınan Bosniya mənşəli Aida Hadzialic 2014-cü ildən bəri Sosial Demokrat Partiyasını təmsil edən koalisiya hökumətində nazirlik edirdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın