Menu
Geri İrəli

Azərbaycanda AİLƏ FACİƏSİ: Arvadını hamamda başqa kişi ilə…

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Sentyabr 2017 • Baxış sayı: 2,545 dəfə • Şərh yoxdur
Share Button

???????????????????????????????Abşeron rayonunda arvadını xüsusi amansızlıqla öldürməyə cəhd etməkdə təqsirli bilinən Şamaxı rayon sakini, 1984-cü il təvəllüdlü Anar Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Anar Mustafayev öldürməyə cəhd etdiyi qeyri-rəsmi nikahda olduğu 1986-cı il təvəllüdlü Tünzalə Mustafayevanın mobil telefondan istifadə etməsinə qadağa qoyub.

Şübhə və qısqanclıq

Buna baxmayaraq, Tünzalə əri kimi yaşadığı Anardan gizlin mobil telefondan istifadə edib. O, Tünzalənin telefondan istifadə etməsini bilib və bunu kənar şəxsdən almasından şübhələnib.
Anar Mustafayev 4 sentyabr 2016-cı il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Nübar qəsəbəsində kirayə yaşadıqları evdə Tünzalənin hamamda telefonla danışmasını görüb.

Bu zaman Anar telefonu Tünzalənin əlindən alıb, onun kimə məxsus olmasını və kiminlə danışmasını soruşub. Bu zaman Tünzalə ona iş yoldaşı ilə danışdığını və sabah işin olub-olmayacağını soruşduğunu bildirib.

Azyaşlı qızı ilə evdən qaçan ana

Anar Mustafayev arvadı Tünzalənin ona dediklərinə inanmayıb və telefonu onun əlindən alıb. O, arvadının danışdığı şəxslə danışıb.

Bu zaman həmin şəxsin səsindən onun tanımadığı kişi olmasını bilib və hədələyib. Tünzalə ərinin bu hərəkətlərindən qorxaraq qızı, 2006-cı il təvəllüdlü Gülüstanı özü ilə götürərək ev sahibi Minə Məmmədovanın yaşadığı mənzilə qaçıb. Sonra Tünzalə Mustafayeva həmin gecə oradanda azyaşlı qızı ilə naməlum istiqamətə gedib.

Kəndə olan zaman arvadının yerini öyrəndi

Sentyabrın 5-də Anar oğlanları, 2003-cü il təvəllüdlü Əlifalı və 2007-ci il təvəllüdlü Aqşini götürərək valideynlərinin yaşadığı Şamaxı rayonunun Dağ Bağırlı kəndinə gedib.
Ertəsi gün, Anar Dağ Bağırlı kəndində olan zaman arvadı Tünzalə Mustafayevanın fəhlə işlədiyi Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən “RİAD-İ” MMC-nin nəzdində fəaliyyət göstərən Kərpic istehsalı sexinin icraçı direktoru Elvin Əliyevdən arvadının zavodda olması barədə məlumat alıb.

Xəyanət və cinayət

Daha sonra Anar Tünzalə Mustafayevanın kənar şəxslə görüşməsini düşünüb və sonuncunu öldürmək qərarına gəlib. Bu məqsədlə kənddə evlərində olan mətbəxdən bıçaq götürərək həmin gün saat 11 radələrində zavoda gəlib.

O, zavodda fəhlələrin istirahəti üçün ayrılmış otaqda arvadı Tünzalənin yanında olan azyaşlı qızı Gülüstanı otaqdan çıxardıb. Sonra Tünzaləni öldürmək məqsədilə özündə olan bıçaqla onun bədənin müxtəlif nahiyələrinə ardıcıl olaraq çoxlu sayda zərbələr vurub.

Qətl istəyi baş tutmadı və həbs edildi

Bu zaman Tünzalə Mustafayevanın qışqırıq səsinə yaxınlıqda olan və həmin zavodda fəhlə işləyən Raqil Əhədli ilə İsmət Hacanov gəlib. Hər iki şəxs Anar Mustafayevi tutaraq onun Tünzalə Mustafayevaya bıçaqla əlavə zərbələr yetirməsinə imkan verməyib, onu otaqdan çıxarıblar.

Tünzalə Mustafayeva orada olan şəxslərin köməkliyilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzi xəstəxanasına çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Anar Mustafayev həbs edilib.
Anar Mustafayev Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə araşdırılıb.

“Dedi ki, danışdığı Günayın əridir”

Məhkəmədə ifadə verən Anar Mustafayev bildirib ki, ailədə baş verən söz-söhbətlərə arvadının telefon işlətməsi səbəb olub: “Mən fəhləlik edib ailəmi saxlamışam. Son vaxtlar da səyyar ticarətlə məşğul olurdum. Ailə dolanışığımız çətin olduğu üçün Tünzalə də işləməyə başladı. Uşaqları səhər məktəbə aparıb, mən də işə gedirdim. Tünzalə də Qobu tərəfdə olan daş sexlərindən birində işləyirdi. Sonra Tünzalənin telefon işlətdiyini bildim. Bizdə nəsillikcə belə şey olmayıb. Mən istəsəydim, ona telefon alardım. Bir gün səhər Tünzalə işə gedəndə, gördüm ki, dayanacaqda telefonla danışır. Mən çatmaq istəyəndə işin maşınına minib getdi.

Axşam evə gəldim. Gizli şəkildə hamamda telefonla danışdığını eşitdim. Soruşdum ki, danışdığın kimdir? Birinci dedi ki, iş yoldaşım Günaydır. Mən kişi səsi eşitmişdim. Sonra da dedi ki, Günayın əridir, telefonu o, açıb. Telefonu əlindən alıb, zənglərə baxdım, mesajları gördüm. Bunlar istintaq materiallarında da var. Sonra qızımı evdən götürüb qaçdı”.

“Ailəmi dağıtmaq istəyən adam olmamışam”

Anar Mustafayev qeyd edib ki, bir müddət arvadından və qızından xəbər tuta bilməyib: “Tünzalənin atasına zəng etdim. Dedim ki, qızın yoxa çıxıb, sonra onu axtarmağa başladım. Mən ailəmi dağıtmaq istəyən adam olmamışam. Üç uşaq atasıyam. Əgər ailəmi dağıtmaq istəsəydim, ya ailə qurmazdım, ya da bunu çoxdan edərdim. Hər kəsdən, bütün qohumlardan Tünzaləni soraqlaşdım. Amma tapa bilmədim. Bir müddət işinə getdim, tanışlardan soruşmaqla axtarmağa davam elədim. Bir gün xəbər tutdum ki, Tünzalə işlədiyi sexə qayıdıb.

Onu görmək üçün sexə getdim. Evdən çıxanda da cibimə bıçaq qoydum. Məqsədim onu vurmaq və ya öldürmək olmayıb. Cibimə bıçaq qoydum ki, birdən orada üstümə hücum edərlər. Tünzaləni nə öldürmək, nə də vurmaq fikrim var idi. Həm də qızım da orada idi. Onun yanında bunu etməzdim”.

Anar Mustafayev bildirib ki, Tünzəladən evdən getməsinin səbəbini soruşub: “Mənə dedi ki, Taleh məni alıb, saxlayacaq, özünə arvad edəcək. Bu sözlərdən sonra beynim çöndü, özümü idarə edə bilmədim. Cibimdən bıçağı çıxarıb onu vurdum”.

Cəza və şikayət

Məhkəmə zərərçəkmiş və şahid ifadələrini dinləyəndə sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Anar Mustafayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Anar Mustafayev apelyasiya şikayəti verib. O, şikayətində cəzasının daha yüngül cəza ilə əvəz edilməsini xahiş edib.

Anar Mustafayevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Anar Mustafayevin apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 7 il 10 ay 15 gün müddətinə qədər endirilib.

mənbə: publika.az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın