Menu
Geri İrəli

Bakıda özünü binadan atan qadının intihar anının yeni videosu yayıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyul 2017 • Baxış sayı: 1,645 dəfə • Şərh yoxdur
Share Button

52e8952b2773b0890b774af97909b31eMayın 15-də Bakı şəhərinin Nəsimi rayonu ərazisində – Qoqol küçəsində 31 yaşlı Şərifova Susanna Şakir qızının intiharı ilə bağlı yeni görüntülər ortaya çıxıb.

Susannanın qohumlarının BAKU.WS-ə göndəridiyi yeni görüntülərdə yeni detallar üzə çıxıb. Ölümündən saniyələr öncə çəkilən görüntülərdə Susanın eyvandan sallandığı və bir neçə nəfərin onun ətrafında olduğu görünür.

Qeyd edək ki, faktla bağlı başlanmış cinayət işinin istintaqı çərçivəsində qadının qeyri-rəsmi nikah münasibətində olduğu əri Əbülfəs Baxşıyev barəsində Nəsimi rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi. Lakin Ə.Baxşıyev qadının intiharında hər hansı rolunun olduğunu inkar edib. O iddia edib ki, birgə nikahdan iki azyaşlı uşaqları olan Susannanın psixi problemləri var. Əbülfəs deyib ki, hadisə baş verərkən onun xəbəri olmayıb və Susannanın özünü pəncərədən atacağını ehtimal etməyib.

S.Şərifova 2009-cu ildən bəri birgə yaşadığı həyat yoldaşı tərəfindən mütəmadi zorakılığa məruz qalıb. Həttə Əbülfəs dostlarının yanında xanımının başını qırxaraq onu alçaldıb, tez-tez döyərək işgəncə verib. Daim saçlarını uzadan Susannanın hadisə günü saçlarının çox qısa olması da bunu göstərir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın