Menu
Geri İrəli

Dollar və avroda son vəziyyət

Müəllif: sumqayitxeber.com • Tarix: 18 İyun 2015 • Baxış sayı: 398 dəfə • 1 şərh
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
avro dollar
ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb. Belə ki, ötən gün 1,0479 AZN-ə bərabər olan ABŞ dolları manat qarşısında 1,0474-ə azalıb.
Avronun məzənnəsi isə manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1,1801 manatdan 1.9000 AZN-ə qədər bahalaşıb. Bu göstərici sonuncu dəfə 2007-ci ildə təkrarlanıb.
Rusiya rublunun kursunda isə dəyişiklik qeydə alınmayıb. 1 rubl hazırda 0.0195 manat təşkil edir.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Facebook Şərhləndirmə:

“Dollar və avroda son vəziyyət” yazısına bir cavab

  1. Adil deyir:

    Necə ucuzlaşıb ki,
    Unibankda 1 dollar -1manat 6 qəpiyədir!

Şərhinizi yazın