Menu
Geri İrəli

Əli Həsənov Yaponiyada səfərdə olub

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Mart 2016 • Baxış sayı: 230 dəfə • Şərh yoxdur

1457688107206013765_1000x669

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov martın 7-dən 11-dək Yaponiyada səfərdə olub.

Yaponiya tərəfinin dəvəti ilə həyata keçirilən səfərin məqsədi iki ölkə arasında qarşılıqlı əlaqələrin mövcud durumu və inkişaf perspektivləri, bu əlaqələrin daha da intensivləşməsi istiqamətində ətraflı fikir mübadiləsi aparmaq olub.

Ə. Həsənovun Yaponiya Nazirlər Kabineti baş katibinin müavini, parlamentin üzvü Hiroşiqe Seko ilə görüşündə ölkəmizin malik olduğu karbohidrogen ehtiyatlarının hasilatından bacarıqla istifadə edərək son illər mühüm uğurlara imza atdığı xüsusi qeyd edilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayan H.Seko ölkəmizin bu sahədə nail olduğu ciddi irəliləyişin Yaponiyada maraqla qarşılandığını deyib.

Əli Həsənov Azərbaycan ilə bu gündoğar ölkənin ikitərəfli və beynəlxalq müstəvidə əməkdaşlığının vacibliyini vurğulayıb. Yaponiyanın Sakit okean, Azərbaycanın isə Xəzər hövzəsi və Cənubi Qafqazda əhəmiyyətli rol oynadığını, yapon şirkətlərinin ölkəmizin iqtisadiyyatına investisiya qoyuluşunu davam etdirməsinin zəruriliyini qeyd edib.

Ə. Həsənov Baş nazirin səhiyyə və idman məsələləri üzrə xüsusi müşaviri, Yaponiya Nazirlər Kabineti nəzdində Olimpiya Agentliyinin rəhbəri Takeo Hirata, xarici işlər üzrə dövlət naziri, xarici işlər nazirinin müavini Miki Yamada və Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşlərində əsasən iki ölkə arasında iqtisadi, mədəni, sosial və idman sahələrində əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb. Görüşlərdə son illər Azərbaycan ilə Yaponiya arasında rəsmi səfərlərin intensivləşdiyi xüsusi vurğulanıb.

Əli Həsənovun keçirdiyi görüşlərdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də iştirak edib.

Səfərin sonunda Hiroşima və Kioto şəhərlərini ziyarət edən Ə. Həsənov tarixi keçmişə malik bu yaşayış məntəqələrinin görməli yerləri ilə tanış olub. Hiroşima şəhərindəki Sülh Memorial Muzeyində və Sülh parkında olan Əli Həsənov II Dünya müharibəsi qurbanlarının xatirəsinə ehtiramını bildirib.

145768753825416603-1000x669 1457687538212540411-1000x669 1457687538246727707-1000x669 14576875384485737716-1000x669 1457687538561817507-1000x669 14576879556170815086-1000x669 1457687955792122966-1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın