Menu
Geri İrəli

Əliyev Türkiyədəki qiyamdan sonra mənimlə görüşdü…

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Avqust 2016 • Baxış sayı: 323 dəfə • Şərh yoxdur

sheyxDünən Türkiyənin Ankara şəhərində keçirilən IX Avrasiya İslam Şurası Məsləhətləşmələr Konfransında çıxış edən bütün Qafqazın şeyxi Allahşükür Paşazadə 15 iyul hərbi çevriliş cəhdləri ilə bağlı açıqlamalar verib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, şeyxülislam FETO ilə mübarizənin davam edəcəyini vurğulayıb:

“Məsum insanların ölümünə səbəb olanlara müsəlman deməyə heç kimin haqqı yoxdur. Bu təşkilat (FETO-red.) əgər xalqa qarşı silahlar, tanklarla hərəkət edibsə, bu, müsəlmanlıq deyil, əksinə, şeytanlıqdır”.

Paşazadə, həmçinin 15 iyul gecəsinin həm Azərbaycan, həm də Türkiyə xalqı üçün böyük bir imtahan olduğunu vurğulayıb. “Allaha şükürlər olsun ki, Türkiyə xalqı prezident Rəcəb Tayyip Ərdoğanın liderliyi ilə bu imtahanı uğurla keçməyi bacardı”.

Şeyxülislam Azərbaycan prezidenti İlham Əliyev 15 iyul çevriliş cəhdlərindən sonra onunla görüşdüyünü və “Türkiyə xalqının çevrilişçilərə qarşı mübarizəsi ilə dünyaya mesaj verdiyini və gələcəyə əmin addımlarla irəlilədiyini” sözlərini işlətdiyini deyib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın