Menu
Geri İrəli

İlham Əliyev məcburi köçkün ailəsinə qonaq getdi – Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Noyabr 2017 • Baxış sayı: 1,271 dəfə • Şərh yoxdur
Share Button

rtyrPrezident İlham Əliyev Tərtər rayonuna səfərində 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.

“Qafqazinfo” xəbər verir ki, prezident İlham Əliyev Ağdam rayonundan məcburi köçkün Pakizə Məmmədovanın mənzilində olub, yaradılan şəraitlə maraqlanıb.

Yaşayış kompleksindəki məktəblə tanış olan dövlət başçısına məlumat verilib ki, bu təhsil ocağı 1200 şagird yerlikdir. Burada şagirdlərin elmin sirlərinə yiyələnmələri üçün bütün imkanlar var.

İ. Əliyev məktəbin yeməkxanasında, o cümlədən kitabxanada yaradılan şəraitlə tanış olduqdan sonra Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşüb.

 


 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın