Menu
Geri İrəli

Sabah hava necə olacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Oktyabr 2016 • Baxış sayı: 522 dəfə • Şərh yoxdur

gunes_hava_2Oktyabrın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25° isti olacaq.

Rayonlarda hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 16-21° isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza əsasən, oktyabrın 7-dək Abşeron yarımadasında əsasən sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir

Facebook Şərhləndirmə:

Şərhinizi yazın