Menu
Geri İrəli

Sumqayıtda “Narkotiksiz Gənclik – Sağlam Həyat” devizi altında görüş keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Dekabr 2016 • Baxış sayı: 350 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Komissiyanın 2016-cı il üçün nəzərdə tutulmuş Tədbirlər Planına əsasən şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı “Narkotiksiz Gənclik – Sağlam Həyat” devizi altında narkomaniyaya qarşı mübarizə istiqmətində növbəti maarifləndirici xarakterli görüş təşkil edilmişdir. Tədbirdə Sumqayıt Dövlət Universiteti, Sumqayıt Texniki Kolleci, Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci, Sumqayıt Musiqi Texnikumunun tələbə-gəncləri, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Bölməsinin könüllüləri iştirak etmişlər.

16 dekbar 2016-cı il tarixində Sumqayıt Gənclər Evində keçirilən tədbirdə iştirakçılar ilk öncə Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin yeniyetmə-gənclərinin mövzuya aid əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olmuşdur. Müsabiqə xarakterli təşkil olunan sərgidə I, II, II yerlər olmaqla qaliblərə Baş İdarənin fəxri fərman və hədiyyələri təqdim edilmişdir.

Daha sonra Gənclər Evinin akt zalında davam edən tədbirdə iştirakçılar Baş İdarənin təqdim etdiyi “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı narkomaniyanın ağır fəsadlarını özündə əks etdirən filmi izləmişlər.

Tədbirdə çıxış edən Sumqayıt Rayonlararası Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov, Polis İdarəsinin əməkdaşı Bəbir Alxanov, Gənclər və İdman Baş İdarəsinin Bədən Tərbiyəsi və İdman sektorunun müdiri Vahid Abdullayev çıxışlarında Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsasının Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə qoyulduğunu və aparılan uğurlu siyasətin nəticəsi olaraq son illər respublikamızda narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizənin gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatların da fəallığının artırıldığını qeyd etmişlər.

Həmçinin çıxışlarda Sumqayıt şəhərində narkomaniya əlehinə keçirilən tədbirlər barədə, yeniyetmə və gənclərlə narkomanların taleyi, narkomaniyanın fəsadları və nəticələri haqqında, ondan qorunmağın yolları, şəhərdə bu dəhşətli bəla ilə mübarizə, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, asudə vaxtının səmərəli təşkili və onlarda sağlam həyat tərzinin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumatlar verilmişdir.

Sonda mövzu ətrafında şagirdlərlə fikir mübadiləsi aparılmış, sualları cavablandırılmış və Baş İdarənin hazırladığı bukletlər iştirakçılara paylanılmışdır.

 dsc_0019 dsc_0031 dsc_0038 dsc_0051 dsc_0076

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın