Menu
Geri İrəli

Sumqayıtda referendumla bağlı 70 nəfərdən ibarət ilkin təşəbbüs qrupu yaradılır

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyul 2016 • Baxış sayı: 602 dəfə • Şərh yoxdur

yap sumqayitYeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının qərargahında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi barədə yığıncaq keçirilib.

YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev Konstitusiyaya təklif olunan dəyişikliklərin ölkəmiz üçün əhəmiyyətindən danışıb. Qeyd edilib ki, Konstitusiyanın 29 maddəsi üzrə 39 düzəliş və əlavə nəzərdə tutulur. Azərbaycan Respublikasının Konsititusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət göstərir. A.İmaməliyev referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması barədə məlumat verib: “Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycan Respublikasında gedən iqtisadi inkişafdan irəli gəlir. Bu dəyişikliklər vətəndaşların hüquq və azadlıqlarının qorunması, idarəetmənin təkmilləşdirilməsi, respublikanın təhlükəsizlik sisteminin möhkəmləndirilməsinə mühüm töfhələr verəcək”.

Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının təşkilat şöbəsinin müdiri Vəzirxan Ənsərov, YAP Sumqayt şəhər təşkilatının sədr müavini Elmar Xəlilov və başqaları ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasətinin ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsinə və demokratik inkişafa xidmət etdiyini dilə gətiriblər. Tədbirdə vurğulanıb ki, “Yeni Azərbaycan” təşəbbüs qrupunun apardığı işlər öz uğurlu nəticəsini verəcək və seçicilərin əksəriyyəti Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə dəstəkləyəcəklər.

Daha sonra tədbirdə 70 nəfərdən ibarət ilkin təşəbbüs qrupunun yaradılması və “Yeni Azərbaycan” referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün 7 nəfər nümayəndənin seçilməsinə qərar verilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın