Menu
Geri İrəli

Müəllimlərə xəbərdarlıq edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyun 2014 • Baxış sayı: 514 dəfə • Şərh yoxdur
Share Button

Muellimler-ZumrudBakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxt məktəblərinin rəhbərlərinə müraciət edib. BŞTİ-dən ANS PRESS-ə verilən məlumata görə,
müraciətdə Bakı şəhərində yerləşən dövlət ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10-13 iyunda müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi aparılacağı qeyd edilib.

Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən son hazırlıqlar görülür, müəllimlərin qaynar xəttə etdikləri müraciətlər və İdarənin rəsmi “Facebook” səhifəsində verilən suallar cavablandırılır və bu barədə çıxan narahatlıqlar operativ olaraq aradan qaldırılır. Çoxsaylı müraciətlərə əsasən əldə olunan məlumata görə bəzi məktəb rəhbərliyində olan şəxslər Sınaq Qiymətləndirilməsinin nəticələrindən gələcəkdə müəllimlərə qarşı təzyiq vasitəsi kimi istifadə edəcəklərini bildirirlər.

Bununla əlaqədar bildirik ki, əslində Sınaq Qiymətləndirilməsinin mahiyyəti, məqsədi müəllimləri hədə, qınaq obyektinə çevirmək yox, onların peşəkar inkişaf istiqamətlərini, karyera inkişafını müəyyənləşdirmək, nəticəyönümlü əməkhaqqı sistemini stimullaşdırmaq, təhsilverənin daim öz bilik və bacarıqlarını artırması üçün münbit şərait yaratmadır. Sınaq Qiymətləndirilməsinin nəticələrinə görə heç bir müəllim sistemdən kənarlaşdırılmayacaq.

Sınaq Qiymətləndirilməsindən keçməmə anlayışı yoxdur, çünki burada hər hansı bir keçid minimumu müəyyənləşdirilməyib. Aşağı nəticə göstərmiş müəllimlərimizin peşəkarlıq səviyyəsinin qaldırılması üçün müxtəlif mexanizmlər tətbiq ediləcək.

Qeyd edək ki, neqativ halların araşdırılması və tədbirlərin görülməsi birbaşa Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir. Bildiririk ki, bu kimi mənfi hallara qarşı mövqeyimiz qəti və barışmaz olacaq.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın