Menu
Geri İrəli

Azercelldən Yenilik: 4G sistemi artıq real oldu, yeni paketlər təqdim olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Dekabr 2013 • Baxış sayı: 424 dəfə • Şərh yoxdur

Azercell ən birinci mobil operator olaraq 4G sisteminə keçdi. 2013-cü ildə artıq 1000 radiostansiya açdı. Hal-hazırda bu sistem Bakı və Abşeron ərazisində xidmət göstərir. Bu sistemin özəlliyi, çox yüksək internet sürəti və keyfiyyətli ötürücülük qabilliyyətinə malik olmasıdır.

azercell-4g-full

Artıq mobil paketlərdə 2 dekabrdan təqdim olunmağa başlayıb. 25GB-30AZN, 50GB-45AZN, 100GB-70AZN + ƏDV olaraq qiymətləndirilib. Bu paketləri almaq üçün 2525 nömrəsinə qısa kodu göndərərək nail ola bilərsiz. Bu paketlərin müddəti 30 gün ərzində aktivliyini saxlayır. 30 gün bitənədək istifadəçi limitsiz olaraq EDGE xidmətindən (maksimal sürət 128 Kbit/san.)istifadə edə bilər.

Azercelldən Yenilik: 4G sistemi artıq real oldu və yeni paketlər təqdim olundu

4-cü dərəcəli mobil şəbəkələri 4G USIM kartları alaraq 4G sistemindən istifadə edə bilərlər. 2 dekabr 2013 tarixindən artıq 4G modemləri təqdim olunmağa başlayıb və qiyməti 54AZN(ƏDV-siz)dəyərindədir. Azercell sadəcə 20 AZN ödəyərək yuxarıda göstərilən internet paketlərindən iki dəfə olmaqla 60 gün ərzində istifadə emək imkanıda verir.

Artıq Azercell mobil telefon satış mağazalarında bu sistemlə işləyən mobil telefonlar, planşetlər təklif olunur.

Diqqət!!! Bu sistem hal-hazırda SMS və MMS xidmətləri ilə işləyə bilmir.

Daha ətraflı: http://www.azercell.com/ru/personal/internet/internet_campaigns/4g_modem/

Facebook Şərhləndirmə:

Şərhinizi yazın