Menu
Geri İrəli

Sumqayıtda elektron hökumət üçün təlim mərkəzləri yaradılacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Dekabr 2013 • Baxış sayı: 378 dəfə • Şərh yoxdur

elektron“Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə işlər davam edir.

 RİTN-dən “APA-Economics”ə verilən məlumata görə, hazırda layihə çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) koreyalı və yerli mütəxəssislərdən ibarət İşçi Qrupun görüşü keçirilir.

 Bu həftənin sonuna qədər davam edəcək görüşdə məqsəd qurulacaq təlim mərkəzləri ilə bağlı qarşıya çıxan məsələlərin hərtərəfli müzakirəsidir.

 Qeyd edək ki, “Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə “Koreyanın Xarici İşlər Nazirliyi və Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında Qrant razılaşması” Nazirlər Kabinetinin sərəncamına əsasən, 15.05.2013-cü il tarixindən qüvvəyə minib.

 Layihə çərçivəsində Bakı və Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Quba, Şəki şəhərləri daxil olmaqla on beş bölgədə təlim mərkəzlərinin yaradılması, mərkəzlərdə koreyalı mütəxəssislər tərəfindən xüsusi təhsil informasiya sistemi quraşdırılması və zəruri avadanlıqlarla təmin olunması nəzərdə tutulur.

 Hazırda Bakıda Təlim mərkəzi üçün 1 mühazirə, 2 kompüter sinfi və 1 multimedia otağından ibarət yer ayrılıb və Gəncə, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Quba, Şəkidəki 14 telekommunikasiya qovşağının inzibati binasında mərkəz üçün ayrılmış otaqlar təmir edilərək istifadəyə hazır vəziyyətə gətirilib.

 Dövlət qulluqçuları bu mərkəzlərdə bilavasitə təlim kurslarında iştirak edə biləcək, eyni zamanda mərkəzin distant təhsil xidmətlərindən yararlanacaqlar.

 Layihə çərçivəsində təlim mərkəzinin fəaliyyətinin təşkili, elektron təlim materiallarının hazırlanması üzrə təcrübə əldə etmək üçün yerli mütəxəssislər Koreyada təlim kursları keçəcəklər. Azərbaycanda “elektron hökumət” üçün təlim mərkəzinin yaradılması dövlət qulluqçularına İKT-nin tətbiqi sahəsində yeni praktik bilik və bacarıqların əldə edilməsinə imkan yaradacaq.

 Mərkəz dövlət idarəçiliyində və respublikanın ictimai həyatının digər sahələrində e-hökumət ideyalarının tətbiqinə, informasiya cəmiyyətinin inkişafına, elektron biliklərin ümumi səviyyəsinin yüksəldilməsinə, elektron xidmətlərin artmasına xidmət edəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın