Menu
Geri İrəli

2013-cü ildə Sumqayıt sakinləri tərəfindən prezidentə yazılmış MƏKTUBLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2013 • Baxış sayı: 279 dəfə • Şərh yoxdur
sumqayitxeber.com saytı 2013-cü il ərzində Sumqayıt şəhər sakinləri tərəfindən  prezident İlham Əliyevə ünvanlanmış məktubları olduğu kimi təqddim edir: 
22 aprel 2013, 16:15
Hörmətli cənab Prezident!

“Sumqayıt Yəhudiləri” Dini İcmasının sədri, ravini və üzvləri icmanın fəaliyyətinə göstərdiyiniz diqqətə, qayğıya, maddi və mənəvi köməyə görə Sizə dərin minnətdarlıqlarını bildirirlər.

Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikasının daim qüdrətlənməsi və daha böyük uğurlar qazanması üçün Sizə şabat və bayramlarda dualar edirik.

Qüdrətli Prezident, yollarınız hər zaman açıq olsun!

Dərin hörmətlə,

B.M.Trepner, sədr,

M.M.Leiçhter, ravin.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

****

 

22 aprel 2013, 12:35

 Hörmətli cənab Prezident!

Mən 44 il müəllimə işləmişəm. İndi təqaüddəyəm. Mənim qızım da müəllimədir. Biz Sizə dərin minnətdarlığımızı bildiririk. Siz və Mehriban xanım Azərbaycanın çiçəklənməsi üçün var gücünüzlə çalışırsınız. Sizin diqqət və qayğınız sayəsində ölkəmizin bütün regionları gündən-günə gözəlləşir. Bizim yaşadığımız Sumqayıt şəhəri də son illər xeyli dəyişmiş, abadlaşmışdır. İnanıram ki, bundan sonra biz şəhərimizdə hələ çox yeniliklərin şahidi olacağıq. Siz xalqımız və dövlətimiz naminə hələ çox uğurlara imza atacaqsınız.

Hörmətli cənab Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayırıq. Qarşıdan növbəti Prezident seçkiləri gəlir. Siz prezidentliyə ən layiqli namizədsiniz. Sizi əmin edirəm ki, bu seçkilərdə də Sizi dəstəkləyəcəyəm.

Hörmətlə,

Əhmədova Sevil.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

***

 

13 aprel 2013, 13:25

 

Hörmətli cənab Prezident!

Siz Sumqayıt şəhərinin inkişafına daim böyük diqqət göstərirsiniz. Şəhərimizdə yenidənqurma işlərinin aparılması, yeni sənaye müəssisələrinin yaradılması və digər tədbirlərlə bağlı bir sıra fərman və sərəncamlar imzalamısınız. Sumqayıtda quruculuq-abadlıq işləri ilə yanaşı əhalinin yaşayışının yaxşılaşdırılmasına, sosial problemlərinin həll edilməsinə də xüsusi diqqət yetirilir. Mən II qrup Qarabağ müharibəsi əlili və şəhid ailəsinin üzvüyəm. Ailəm bizim üçün yaradılan şəraitdən çox-çox razıdır.

Hörmətli cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sumqayıtda yaşayan Qarabağ müharibəsi veteranları və şəhid ailələləri adından Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

İbişov Rəşid Cümşüd oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

***

 

03 aprel 2013, 16:40

 

Hörmətli cənab Prezident!

Sizin apardığınız daxili və xarici siyasətiniz xalqımız tərəfindən həmişə dəstəkləyir. Mən də bir Azərbaycan vətəndaşı kimi xalqımızla həmrəyəm. Ali Baş Komandan kimi Sizin rəhbərliyiniz altında ölkəmizdə hərbi sahədə aparılan islahatları və yenilikləri bəyənir və hər zaman Sizi dəstəkləyirik.

Hörmətlə,

Dəmirov Rəfayel Rizvan oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

***

 

06 mart 2013, 12:50

 

Möhtərəm Prezident!

Sizin “Milli Teatr Günü”nün təsis edilməsi və Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında imzaladığınız sərəncamlar sənət adamlarına böyük ruh yüksəkliyi verdi. Biz əminik ki, bu sərəncamlar Azərbaycanda teatrın inkişafına böyük töhfələr verəcək və ölkənin mədəni həyatında böyük nailiyyətlər əldə olunacaqdır. Bu sərəncamlara görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Süleymanov Məzahir, xalq artisti,
Kərimov Valeh, Prezident təqaüdçüsü.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

***

04 mart 2013, 18:20

 

Möhtərəm Prezident!

Sizin Respublikamızda “Milli Teatr Günü”nün təsis edilməsi və “Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi” haqqında imzaladığınız sərəncamlar Sumqayıt Dövlət Musiqili Dram Teatrının kollektivində böyük ruh yüksəkliyi ilə qarşılandı. Bu Sərəncamın ölkəmizdə peşəkar teatrın inkişafında, milli mədəniyyətimizin formalaşmasında mühüm rol oynayacaq. Eyni zamanda, neçə-neçə dramaturqların, peşəkar rejissor və aktyorların yetişməsi təkan verəcəkdir.

Azərbaycan teatrı milli adət-ənənələrimizi qoruyub saxlamaqla xalqımızın keçdiyi tarixi qəhrəmanlıq yolunu işıqlandıran və onların həyatından bəhs edən yeni əsərlər səhnəyə gətirəcəkdir. Biz əminik ki, Sizin diqqət və qayğınız sayəsində Azərbaycan teatrı daha da inkişaf edəcək, ölkənin mədəni həyatına öz töhfələrini verəcəkdir.

“Milli Teatr Günü” və Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi ilə əlaqədar Sərəncamlar hər bir sənət adamının ürəyincədir. Sizə kollektivimiz adından minnətdarlığımızı bildiririk.

Dərin hörmətlə,

Sumqayıt Dövlət Musiqili Dram Teatrının kollektivi.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

***

01 mart 2013, 14:15

 

Hörmətli cənab Prezident!

Mən İsmayıllı rayonunda fermer təsərrüfatı ilə məşğul oluram. Rəhbəri olduğum “Həkəri çay” KFT bu il də yüksək keyfiyyətli buğda toxumu istehsal edib. Yüksək keyfiyyətli toxum istehsalçısı kimi mən də bu il yanvar ayında Türkiyənin İstanbul şəhərində keçirilən toxum istehsalçıları konfransında iştirak etmişəm. Həmin konfransda 15 dövlətdən gəlmiş toxumçular iştirak edirdilər. Toplantıda Azərbaycan nümayəndə heyətinin rəhbəri çıxışı zamanı ölkəmizdə gedən güclü inkişafdan və ölkə Prezidentinin sahibkarlara verdiyi güzəştlərdən və imtiyazlardan danışarkən gurultulu alqışlar səsləndi və hamı heyran qaldı. Həmin vaxt nümayəndə heyətinin hər bir üzvü kimi mənim də ürəyim sevinclə doldu.

Bu yaxınlarda Sizin rayon icra başçıları ilə keçirdiyiniz müşavirədə onlara verdiyiniz ciddi tapşırıqlar və tövsiyələr biz sahibkarları daha da səmərəli işləməyə ruhlandırdı. Mən bir Azərbaycan vətəndaşı kimi həmişə Sizin daxili və xarici siyasətinizi dəstəkləyirəm. Ona görə də bütün ailə üzvlərimiz adından Sizə minnətdarlığımı bildirir və fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var.

Hörmətlə,

Rüstəmov Dərgah Sabir oğlu,

“Həkəri çay” KFT MMC-nin sədri.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

***

 

  Hörmətli cənab Prezident!
Məni yeni mənzillə təmin etməklə ailəmə bəxş etdiyiniz sevincə, Qarabağ əlilləri və şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə ailəm adından və şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm. Biz bir daha şahidi olduq ki, Siz Qarabağ əlillərini və şəhid ailələrini heç vaxt diqqətdən kənar qoymur, daim onların qayğıları ilə maraqlanırsınız.Sizə uzun ömür, cansağlığı, ailənizə xoşbəxtlik arzulayıram.

Sizə sadiq əsgər olmağımla fəxr edirəm. Bədənində 120-dən artıq mərmi qəlpəsi gəzdirən, hər iki ayağını itirmiş I qrup Qarabağ əlili kimi Sizə, vətənimə və xalqıma xidmət etməkdən həmişə qürur duymuşam və duyuram.

Hörmətlə,

Mansurov Temuraz Qeybullah oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.
***

 

13 fevral 2013, 17:00

 Hörmətli cənab Prezident!

Sizin Azərbaycanı ən müasir dövlətlər səviyyəsinə qaldırmaq, ölkəyə ən yeni texnologiyaları gətirmək və Azərbaycanı informasiya texnologiyalarının geniş tətbiq olunduğu bir ölkəyə çevirmək üçün göstərdiyiniz səylər artıq öz bəhrəsini verir.
2013-cü il fevralın 8-i Azərbaycanın həyatında böyük tarixi hadisəyə çevrildi. Azərbaycan süni peykini orbitə çıxarmaqla kosmik ölkələr ailəsinə daxil oldu. Bu, Sizin xidmətinizdir, cənab Prezident!
Azərbaycanın daha böyük nailiyyətlər əldə etməsi naminə gördüyünüz işlərdə Sizə müvəffəqiyyətlər arzulayırıq.

Mərkəzi Poçtun və şəhər poçt filialının kollektivləri adından dərin hörmətlə,
Elçin Nəsirov və Müşfiq Əsədov.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

***

13 fevral 2013, 16:25

Hörmətli cənab Prezident!

Fevralın 8-i ölkəmizin həyatına çox əlamətdar və tarixi bir gün kimi daxil olmuşdur. Azərbaycan ilk kosmik peykini orbitə buraxmaqla kosmik dünyanın üzvünə çevrilmiş və inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Bu, doğrudan da tarixi hadisədir, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir.
Öz peykinə sahib olmaq heç də hər dövlətə, hər millətə müyəssər olmur. Lakin Azərbaycan belə bir tarixi nailiyyətə imza atdı. Bu gün Azərbaycanda qeyri-neft sənayesinin, o cümlədən, informasiya texnologiyalarının inkişafına xüsusi diqqət göstərilir.Azərbaycanın ilk peykinin işə salınması yalnız informasiya texnologiyaları sektorunun deyil, bütövlükdə bütün iqtisadiyyatın inkişafına öz töhfəsini verəcəkdir. Bu peykin Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun möhkəmlənməsinə də böyük təsiri olacaqdır.

Möhtərəm Prezident!

Kollektivimiz Sizi və Sizin şəxsinizdə bütün xalqımızı bu qələbə münasibəti ilə təbrik edir, Sizin apardığınız uğurlu daxili və xarici siyasəti dəstəkləyir və uğurlarımızın davamlı olmasını arzulayır.

“Lİft-Servis” Birliyinin çoxsaylı

kollektivi adından dərin hörmətlə,

Cümşüd İsmiyev, direktor.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

***

27 dekabr 2012, 13:30
 

 Möhtərəm Prezident!

Sizi qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə təbrik edirəm. Bu bayram günlərində mənə hədiyyə etdiyiniz mənzil məni və ailəmi çox sevindirdi.Hörmətli cənab Prezident,

Sizin Qarabağ müharibəsi əlillərinə göstərdiyiniz diqqət və qayını biz həmişə hiss etmişik. Apardığınız sosial siyasətiniz nəticəsində bütün müharibə əlillərinə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, ümumiyyətlə, Azərbaycandakı əlillərin hamısına sosial yardımlar, kompensasiyalar, mənzillər, evlər, maşınlar verilir. Bunların hamısı biz müharibə iştirakçılarına, xüsusən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə Sizin diqqət və qayğınızın nəticəsidir. Bütün bunlara görə Sizə öz adımdam və ailə üzvlərimin adından təşəkkürümü bildirirəm. Çox sağ olun!

Hörmətlə,

Maniyev Arzu,

İkinci qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

***

29 may 2013, 15:00
 

 Hörmətli cənab Prezident!

Bir gənc olaraq Sizə müraciət etməkdə məqsədim təşəkkür etməkdir. Sizin müdrik idarəçiliyiniz nəticəsində Azərbaycanda demokratik, hüquqi dövlət qurulur. Ölkənin hər bir guşəsində geniş vüsət alan abadlıq və quruculuq işləri bütün vətəndaşlar kimi, məndə də xoş hislər, gələcəyimizə böyük ümid yaradır. Sizin ölkədə həyatın bütün sahələrində olduğu kimi, təhsil, səhiyyə, o cümlədən sahibkarlıq fəaliyyəti sahəsində həyata keçirdiyiniz islahatlar, söz və fikir azadlığının qorunması istiqamətində gördüyünüz tədbirlər ölkə vətəndaşı bizi məmnun edir. Məhz xalqın mənafeyinə xidmət edən siyasətinizin nəticəsidir ki, biz hər birimiz Sizin haqqınızda fəxrlə “Bizim Prezident” deyirik. Azərbaycanın xoşbəxt gələcəyi Heydər Əliyev ideyaları və bu ideyaları layiqincə həyata keçirən Sizin adınızla bağlıdır. Sizin Azərbaycanın gələcəyi ilə bağlı görüləsi işləriniz hələ qabaqdadır. Ona görə də öz adımdan və ailəm adından bildirmək istəyirəm ki, biz növbəti beş ildə və ondan sonrakı müddətdə də Sizi Azərbaycan Respublikasının Prezidenti kimi görmək istəyirik. Biz Sizin siyasətinizi həmişə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Azərbaycanımızın inkişafı naminə fəaliyyətinizdə Sizə sonsuz uğurlar və müvəffəqiyyətlər arzu edirik.

Sətullayev Xanlar Əliheydər oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

 ***
23 may 2013, 13:30

 Hörmətli cənab Prezident!

Bu təşəkkür məktubunu Sizə Sumqayıt şəhərində yaşayan dindarlar adından ünvanlayıram.

Sizin xüsusi diqqət və qayğınız sayəsində yaşadığımız Sumqayıt şəhərində məscid təmir edilmiş və burada ibadət etməyimiz üçün əlverişli şərait yaradılmışdır. Bütün bunlara görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Ümummilli liderimiz Heydər Əliyev cənabları İslama dininə və azərbaycançılıq ənənələrinə daim sadiq olmuş, bütün müsəlmanlara diqqət və qayğı ilə yanaşmışdır. Bu gün onun layiqli davamçısı kimi Siz də dinimizə və ənənələrimizə böyük qayğı ilə yanaşırsınız. Sizin diqqət və qayğınız sayəsində hal-hazırda ölkəmizin hər yerində yeni məscidlər tikilir, köhnə məscidlər isə əsaslı şəkildə bərpa edilərək insanların ixtiyarına verilir. Bütün bunlara görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Sizi əmin edirik ki, qarşıdan gələn Prezident seçkilərində ulu öndərin bizə miras qoyduğu doğru yol ilə gedərək, onun ənənələrini layiqincə davam etdirən Sizə səs verəcəyik.

Bir daha Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,
Əkrəm Həsənov.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın