Menu
Geri İrəli

Azərbaycan gənci Ermənistanda qol götürüb oynadı – Video

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Noyabr 2013 • Baxış sayı: 181 dəfə • Şərh yoxdur

ramin haciliBu yaxınlarda Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı bir tədbir çərçivəsində  Ermənistanda səfərdə olub. Tədbir iştirakçılarına İrəvan restoranlarının birində verilən  ziyafətdə R. Hacılı ermənilərlə Azərbaycan milli rəqslərindən birini oynayıb. Onun bu rəqsinin  video görüntüləri youtube  kanalına da yerləşdirilib.

R. Hacılı lent.az-a müsahibəsində də bu haqda danışmışdı: “Çıxışım xətirlərinə dəymişdi. Axşam getdik bahalı bir restorana. İçki təklif elədilər, içməsəm yenə xətirlərinə dəyəcəkdi. Avropalılar da baxır… Təbii ki, o yaşda, o başda deyilik ki, o qədər içək ki, problem olsun. O arada da musiqilər gedir. Dedim ki, bu Azərbaycan musiqisidir. Onlar dedi yox, erməni musiqisidir. Dedim ki, gəlin oynayaq, mən yaxşı oynasam Azərbaycan musiqisidir, siz yaxşı oynasaz, erməni musiqisi və mən onların hamısından yaxşı oynadım. Çünki erməni qızları hamısı mənimlə oynamaq istəyirdi”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın