Menu
Geri İrəli

Millət vəkili seçicilərinin problemləri ilə maraqlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2012 • Baxış sayı: 176 dəfə • Şərh yoxdur

Ötən gün Səbail rayonu 29 saylı Seçki Dairəsindən millət vəkili seçilmiş Fuad Muradov seçicilərinin müraciətləri əsasında onlardan 21 nəfərini qəbul edib.

Görüş Milli Məclisin qəbul şöbəsində baş tutub. Fuad Muradova ünvanlanan müraciətlər arasında əsasən iş, mənzil, qeydiyyat, sənədləşmə və sair problemlər üstünlük təşkil edib. Seçicilərinin problemlərini, arzu və təkliflərini təmkinlə dinləyən millət vəkili səslənən problemlərin həlli yolunda yardımçı olacağını bildirib, bir neçə məsələnin isə yerindəcə həllinə nail olub. Digərlərindən isə aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın