Menu
Geri İrəli

Səhiyyə şöbəsinin müdiri vəzifəsindən uzaqlaşdırılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Oktyabr 2011 • Baxış sayı: 61 dəfə • Şərh yoxdur

2005-ci ildən Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışan Rauf Sadıqov tutduğu vəzifədən uzaqlaşdırılıb. Onun yerinə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Vaqif Qəhrəmanov təyin olunub. V.Qəhrəmanov 1980-1992-ci illər, 1993-1995-ci illərdə də şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Sumqayıtda Səhiyyə Şöbəssi 1939-cu ildən rayon səhiyyə şöbəsi şəklində mövcuddur. 1948-ci ildən isə hazırkı günə qədər В«Sumqayıt şəhər Səhiyyə şöbəsiВ» adında fəaliyyət göstərir. Sumqayıt ərazisində ilk xəstəxana 1924-cü ildə Haci Zeynalabdin Tağıyev tərəfindən əsası qoyulmuş, hazırda H. Zeynalabdin qəsəbəsində 3 saylı Birləşmiş xəstəxanadır. Sumqayıt rayon səhiyyə şöbələrinin müdirləri aşağıdakılar olmuşlar: 1939-1940-cı illər Nadirov; Apersov T. B.
1940-1941-ci illər Baxşəliyev
1941-1948-ci illər Zeynalov; Mirzəzadə
1948-1949-cu illər Muradov Şamil Zeynal oğlu
1949-1950-ci illər Məmmədov Baba Vəli oğlu

Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdirləri aşağıdakılar olmuşlar:
1950-1963-ci illər Məmmədov Baba Vəli oğlu
1963-1970-ci illər İbrahimov Ağadadaş Məmməd oğlu
1970-.1973-cu illər Nadirov Fəzail Müzəffər oğlu
1974-1980-ci illər Əliyev Məlik Əlifxan oğlu
1980-1992-ci illər Qəhrəmanov Vaqif İmran oğlu
.1992-1993-cü illər Qasımov Ələsgər Əlibala oğlu
1993-1995-ci illər Qəhrəmanov Vaqif İmran oğlu
1995-1998-ci illər Mustafayev Sərdar Maksim oğlu
1998-2005-ci illər Abbasov Karlen Abbas oğlu
30.11.2005-ci ildən Sadıxov Rauf İzzət oğlu

Eyvaz Qocayev

Facebook Şərhləndirmə:

Şərhinizi yazın