Menu
Geri İrəli

Zakir Fərəcov yerli istehsalla tanış olub – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyul 2016 • Baxış sayı: 2,695 dəfə • 2 şərh

manset2Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhərində fəaliyyət göstərən “İnter Textile” Açıq Səhmdar Cəmiyyətində olub, müəssisənin fəaliyyəti ilə yaxından tanış olub.

Yerli istehsalla tanış olan şəhər rəhbərinə məlumat verilib ki, müəssisə 1974-cü ildə “Sumqayıt Üst Trikotaj Fabriki” kimi təsis edilib, 2000-ci ildə “Sumqayıt Trikotaj” Açıq Tipli Səhmdar Cəmiyyəti və 2008-ci ildən “İnter Textile” Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyətini davam etdirir. 2008-ciildə başlayan təmir-tikinti və yenidənqurma işləri 2010-cu ildə başa çatmış, 2011-ci ildən fabrik yenidən fəaliyyətə başlayıb.

Bildirilib ki, bir neçə istehsal sahələri olan fabrikdə hal-hazırda 500-dən çox işçi çalışır və orta aylıq əmək haqqı 360 manat təşkil edir.

Tərkibi 100 % pambıq olan iplik istehsal sahəsində 2 növ təkqat iplik istehsal edilir. Bu iki istehsal sahələrində ipliyin istehsal nömrələrindən asılı olaraq ipliklərin buraxılması mümkündür. Quraşdırılmış texnoloji maşınlar Almaniya, İtaliya və İsveçrə istehsalıdır. Mövcud avadanlıqların illik istehsal gücü 3500-4000 ton təkqat iplikdir. Bunula yanaşı illik istehsal gücü 1500-2000 ton olan ipliklərin cütləmə-burma sahəsi də fəaliyyət göstərir. İstehsal edilən ipliklərin 99 % ixrac edilir. Hal-hazırda Türkiyə, Almaniya, Portuqaliya, Belçika, Bolqariya, Polşa, Misir və Rusiyaya iplik ixrac olunur.

Qeyd olunub ki, iplik istehsalından yaranan ilkin tullantıların bir hissəsini təkrar emalda istifadə edilməsi və istehsalın səmərəliliyini artırmaq məqsədilə fabrikdə müasir avadanlıqları quraşdırılıb. Bu avadanlıqların köməyi ilə ilkin tullantıların 50 %-ə qədəri yenidən pambıq mahlıcı kimi istehsala qaytarılır.

Məlumat verilib ki, trikotaj məhsullarının istehsalı sahəsində əsasən Türkiyədən gətirilən akril ipliklərdən və öz fabrikimizin istehsalı olan sonradan boyanmış pambıq ipliklərindən kişi, qadın və uşaqlar üçün müxtəlif növ trikotaj məhsulları istehsal edilir. Burada tam avtomatlaşmış trikotaj toxuma avadanlıqları quraşdırılıb. Avadanlıqların illik istehsal gücü, toxunan modeldən asılı olaraq 60000-100000 arasındadır.

Fabrikdə xüsusi işçi geyimləri və məktəbli formasının tikişi sahəsində yerli istehsal olan və xaricdən idxal edilən parçalardan istifadə edilməklə bütün sahələri əhatə edən yüksək keyfiyyətli qeyimlər istehsal olunur.

Qadınlar üçün üst geyimlərinin tikişi sahəsində dəbdə olan və hər zövqə cavab verən qeyimlər istehsal edilir. Köynək istehsalı sahəsində əsasən Türkiyədən idxal edilən və tərkibi 100 % pambıq olan parçalardan istifadə edilir. Illik istehsal gücü 100000 ədəd köynəkdir. Burada müasir naxış vuran texnoloji maşınlar quraşdırılıb. Bu naxış vuran texnoloji maşınlar qeyimlərə istənilən naxışın vurulmasına imkan yaradır.

Fabrikin ənənəvi istehsal sahələrindən biridə xalça istehsalı sahəsidir. Burada bitki mənşəli boyalardan istifadə etməklə Azərbaycanın bütün xalçaçılıq məktəblərinin çeşnələrini görmək olar.

Xüsusi vurğulanıb ki, müəssisənin fəaliyyət istiqamətinə uyğun olaraq ixtisaslı və peşəkar kadrlara real tələbat vardır.

DSC_0087 DSC_0124 DSC_0153 DSC_0227 DSC_0276 DSC_0288 DSC_0328 DSC_0342 DSC_0346 DSC_0348 DSC_0356 DSC_0362 DSC_0381 DSC_0419 DSC_0424 DSC_0429 DSC_0430 DSC_0436 DSC_0438 DSC_0458 DSC_0503 DSC_0508 DSC_0512 DSC_0520 DSC_0070

Facebook Şərhləndirmə:

“Zakir Fərəcov yerli istehsalla tanış olub – VİDEO” yazısına 2 cavab

  1. iDARƏ deyir:

    Eşq olsun “İNTER TEXTİLE” ASC-yə. Uğurlarımız bol olsun. Amin.

  2. Hdhdbd deyir:

    Xalçaçılığı çox bəyəndim buna görə oranın reisine coooox minnətdarıq ona goreki nece illerdiki Sumqayit Şəhərində xalçaçılığ senetini qoruyub saxliyir!!

Şərhinizi yazın