Menu
Geri İrəli

Sumqayıtda 50 min məktəbliyə şəxsiyyət vəsiqəsi veriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Noyabr 2015 • Baxış sayı: 400 dəfə • Şərh yoxdur

asanPrezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi vətəndaşlara yerlərdə daha rahat, yeni və innovativ üsullarla xidmətlər göstərmək məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir.

AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhərində fəaliyyət göstərən “ASAN xidmət” Mərkəzinin “Sənədsiz məktəbli qalmasın!” adlı layihəsi də bunlardan biridir. Layihə çərçivəsində orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə ilk dəfə şəxsiyyət vəsiqələri təqdim olunur. Layihənin məqsədi şagirdlərin təhsildən yayınmadan, əlavə vaxt itkisinə yol vermədən operativ və rahat şəkildə xidmətdən istifadə etmələridir.
Noyabrın 26-da Sumqayıt şəhər 1 saylı tam orta məktəbdə şəxsiyyət vəsiqələrinin verilməsi məqsədi ilə aksiya təşkil olunub.
Sumqayıt “ASAN xidmət” Mərkəzinin rəhbəri Ramal Sabirli bildirib ki, 1 saylı tam orta məktəbdə 1745 şagird təhsil alır. 4 gün ərzində onların sənədlərinin qəbulu nəzərdə tutulub. “ASAN xidmət”də fəaliyyət göstərən Respublika Diaqnostika Mərkəzinin əməkdaşları tibbi arayışın verilməsi üçün qan qrupu, boy və göz rəngini yerindəcə təyin edirlər.
R.Sabirlı qeyd edib ki, layihənin uğurla həyata keçirilməsi üçün Sumqayıt Şəhər İH, şəhər Təhsil Şöbəsi, Respublika Diaqnostika Mərkəzi və “Muğanbank” “ASAN xidmət”ə dəstək olurlar.
Elə həmin gün sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi tipli internatda da 96 şagirdə şəxsiyyət vəsiqələri verilib.
Layihə noyabrın 24-dən mayın 1-dək 47 məktəb üzrə 50 minə yaxın şagirdi əhatə edəcək.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın