Menu
Geri İrəli

Sumqayıtda ağacları kim kəsir?

Müəllif: sumqayitxeber.com • Tarix: 31 İyul 2012 • Baxış sayı: 418 dəfə • 5 şərh

Bu gün sosial şəbəkələrdə Suqmayıt şəhər sülh küçəsində ağacların kəsilməsi ilə bağlı  şəkillər paylaşılıb. Şəkillərdən aydın görünür ki, kəsilmiş ağaclar maşınlara yüklənərək aparılır. Maraqlıdır ki, ağacların kəsilməsini polislər də müşahidə edir. Ümumiyyətlə son dövrlər şəhərimizdə ağacların kəsilməsinə tez-tez rast gəlinir və  bu barədə sisoal şəbəkələrdə də kəsilmiş ağacların şəkilləri paylaşılır. Lakin aidiyyatı qurumlar bu barədə heç bir açıqlama vermirlər.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin məsul əməkdaşı Raqub Mirzəyev mətbuata açıqlamasında ağac kəsilməsinə görə fiziki, vəzifəli və hüquqi şəxslər üçün nəzərdə tutulan cərimələri açıqlamışdı.
Onun sözlərinə görə, ağacların kəsilməsi və məhv edilməsi Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli 173 saylı qərarı ilə tənzimlənir. Həmin qərarda nəzərdə tutulur ki, ağacların kəsilməsi yalnız istisna hallarda, yəni yıxılmış, qopmuş və təhlükə törədən ağaclar Ekologiya və Təbii Sərəvətlər Nazirliyinin ekspertiza idarəsinin rəyi əsasında yerində yeni ağac əkmək şərti ilə kəsilə və ya budana bilər. Digər hallarda ağacların kəsilməsi birmənalı şəkildə qadağandır:  “Meşə fonduna daxil olmayan ağac və kol bitikilərinin zədələnməsi, kəsilməsi və məhv edilməsinə görə fiziki şəxslər üçün 2200-2500, vəzifəli şəxslər üçün 900-10000, hüquqi şəxslər üçün isə 40000-50000 manatadək cərimə nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklərə görə, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan, hər bir ağac və kol bitkilərinin zədələnməsinə, məhv edilməsinə, kəsilməsinə görə, fiziki şəxslər 1300-1500, vəzifəli şəxslər 3500-4000, hüquqi şəxslər isə 20000-25000 manatdək cərimə olunur”.

“Cənab prezidentin ölkədə ağacların kəsilməsinin qarşısının alınması ilə bağlı müraciəti, eyni zamanda xəbərdarlığı, əslində bir prosesə münasibətin özülünü qoyub”. Bu sözləri isə Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov mətbuata açıqlamasında bildirmişdi.

QEYD: Hər hansı vətəndaş parkda, küçədə, xiyabanda ağac kəsilməsi ilə rastlaşdıqda, dərhal Ətraf Mühitin Mühafizəsi Departamentinin 439-18-63, 438-13-35, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 539-67-87 nömrəli “qaynar xətt”inə zəng edə bilər.

Facebook Şərhləndirmə:

“Sumqayıtda ağacları kim kəsir?” yazısına 5 cavab

  1. Gunel deyir:

    Bunun qarsisi alinmalidir. Son vaxtlar kim harda geldi aqaclari kesir hec kim de hec ne demir.Hec kimin haqqi yoxdur ki seherimizdeki aqaclari kessin!!!

  2. Anar deyir:

    Kim icaze verir ki bunlar aqaclari obyekt tikmek ucun kesirler? Sonra da ekologiya nazirliyi deyir ki is goruruk. Hara baxirlar gelib cerime elesinler de

  3. Ramil Eliyev deyir:

    Bura goyercine geden yoldur. orda yeni obyektler tikirler yeqin ona gore kesirler.Prezidentin serencamina da emel elemirler.Sekilden de gorunur ki polis de durub kesenleri qoruyur sanki!

  4. Ramil deyir:

    eli cibinde oldugundan, ureyi istediyi yerde kesir ve kesecek. ustelik obyektinide tikecek, cun ki kullu miqdarda pul verib. ona gorede ona hec kes hecne deye bilmez. puluna minnet olan sheydi.

  5. G. deyir:

    qirilmis qopulmus deyil,saglam agaclar kesilir,usaqliq xatireleri olan,kolgesinde yaslilarin dinceldiyi,usaqlarin oynadigi agaclar kesilir…bos yerler qalir mehelle icindeki agaclar olan yerlerde market tikirler…sikayet olundugunda sakinler erize yazib imzaladigi halda bele kimse sakinlerin sesini esitmir,eksine hede qorxu gelirler …iki uc polisi qoyub goz qorxudurlar..

Şərhinizi yazın