Menu
Geri İrəli

Sumqayıtda bu məktəblərdə informatika fənni ləğv edildi – SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyun 2015 • Baxış sayı: 1,194 dəfə • Şərh yoxdur
Share Button

kompyuter dersiTəhsil naziri ölkədə İKT və təhsil ictimaiyyətinin birmənalı qarşılamadığı təmayülləşmə ilə bağlı əmr imzalayıb.

sumqayitxeber.com  “İnterAz”a istinadən xəbər verir ki, Təhsil naziri  ölkədə İKT və təhsil ictimaiyyətinin birmənalı qarşılamadığı təmayülləşmə ilə bağlı əmr imzalayıb.

Nazirin 2015-ci il 8 iyun tarixli bu əmri ilə 2015-2016-cı dərs ilindən 10-11 siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunacağı təhsil müəssisələrinin siyahısına Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin adı əlavə olunub.

Diqqət çəkən məqam isə ondan ibarətdir ki,  4 təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) istiqamət üzrə tədris planlarında İnformatika fənninin adı yoxdur.

Belə ki, nazirin adı çəkilən əmrində  Texniki fənlər təmayülü nəzərdə tutulsa da  bu təmayül üzrə  nümunəvi tədris planına yalnız aşağıdakı fənlər daxil edilib :

Azərbaycan dili

Xarici dil

Riyaziyyat

Fizika

Kimya

Ədəbiyyat

Azərbaycan tarixi

Fiziki tərbiyə

Gənclərin çağırışaqədərki hazırlığı

Göründüyü kimi bu siyahıya İnformatika fənni daxil edilməyib.

Beləliklə,  adı çəkilən əmrlə təsdiq olunan aşağıdakı məktəblərin 10-11 –ci siniflərində  gələn ildən  informatika fənni tədris olunmayacaq.

  1. Sumqayıt şəhəri İ.Qayıbov adına 1 nömrəli tam orta məktəb
  2. Sumqayıt şəhəri M.Quliyev adına 3 nömrəli tam orta məktəb
  3. Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəb
  4. Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəb
  5. Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəb

Təhsilin təmayüllərə görə təşkili özlüyündə mütərəqqi bir hal olsa da  adı çəkilən əmrdə texniki istiqamət üzrə təmayüldə  İnformatika fənninin  ləğvinin nəyə əsaslanması,   hansı müzakirələr və araşdırmalar əsasında qəbul edilyi vurğulanmayıb.

Məlumata görə, nazirin bu əmri təhsil və İKT ekspertləri tərəfindən birmənalı qarşılanmayıb.

Bir sıra ekspertlər bu əmrin təhsil müəssisələrində informatika fənninə qarşı marağın daha da azalmasına gətib çıxaracağını, ümumiyyətlə, ölkədə informasiya cəmiyyətinin formalaşmasına mənfi təsir edəcəyini bildirirlər.

Həmçinin Texniki təmayülü bir istiqamət üzrə nə üçün İnformatika fənninin deyil, kimya fənninin daxil edilməsi də sual doğuran  məqamlardandır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın