Menu
Geri İrəli

Sumqayıtda əməyin mühafizəsi ilə bağlı tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Aprel 2015 • Baxış sayı: 469 dəfə • Şərh yoxdur
Share Button

1428944246_14289291063857624949_750x500
Bu gün “Azərikimya” İstehsalat Birliyində bu ilin aprel ayının “Təhlükəsiz iş ayı” elan olunması ilə əlaqədar “Əməyin mühafizəsində önləyici tədbirlər mədəniyyətini birgə yüksəldək” adlı tədbir keçirilib.
Xeberle.com  xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin və SOCAR “Azərikimya” İB-nin birgə təşkil etdikləri tədbirdə birlik müəssisələri ilə bərabər, “Azpim” MMC, “Bismak” Qida-Sənaye, “Alyans Tekstil”, “Azgüntex” zavodu, Sumqayıt Texnologiyalar Parkı, “Hidromakina”, “Star Beton Məmulatları”, “Karbamid” zavodunun və Sumqayıt Kimya Sənaye Parkının rəhbərlikləri və məsul şəxsləri də iştirak ediblər.
Qonaqlara əməyin mühafizəsi üzrə təlimat verildikdən sonra, Etilen-polietilen zavodunun Etilen istehsalatına baxış keçirilib.
“Azərikimya” İB-nin akt zalında davam edən tədbiri açan Birliyin icraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov 2010-cu ilin aprel ayına kimi əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyəti və ondan sonrakı dövrü əhatə edən 5 il ərzində görülən işlər haqqında qonaqlara məlumat verib.
Qeyd olunub ki, SOCAR-ın tabeçiliyinə verildikdən sonra “Azərikimya” İB-in müəssisələrində əməyin mühafizəsi, təhlükəsiz və ekoloji cəhətdən sağlam iş şəraitinin yaradılması istiqamətində mühüm layihələr həyata keçirilib, bədbəxt hadisələrin, istehsalat qəzalarının, yanğın təhlükələrinin və peşə xəstəliklərinin qarşısının alınması işləri planlı şəkildə davam etdirilib, əməkçilərin fərdi mühafizə və qoruyucu vasitələrlə təminatı tamamilə həyata keçirilib. Bununla belə, Birliyin əməyin mühafizəsi istiqamətində həyata keçirdiyi layihələr bu gün də davam etdirilir.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə qanunvericilik bazasının təkmilləşdirilməsi və konkret əməli tədbirlərin həyata keçirilməsi baxımından ölkəmizin regionda qabaqcıl bir mövqe tutduğunu qeyd edib. O, aprel ayı ərzində daha bir neçə tədbir keçirəcəklərini, o cümlədən 2004-cü ildən Azərbaycanda da dövlət səviyyəsində qeyd edilən 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günündə daha böyük tədbir planlaşdırdıqlarını dilə gətirib.
Sonda tədbir iştirakçılarına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Əməyin mühafizəsində önləyici tədbirlər mədəniyyətini birgə yüksəldək” və “Zərərli və təhlükəli istehsalat amilləri” mövzusu ilə əlaqədar nəşr olunan müxtəlif bukletlər paylanılıb.

1428944220_14289291063209710278_750x500

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın