Menu
Geri İrəli

Sumqayıtda şadlıq sarayının işçiləri necə istismar olunur? – ŞİKAYƏT

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Noyabr 2013 • Baxış sayı: 148 dəfə • Şərh yoxdur

Sumqayıtın şadlıq saraylarında çalışan xanım işçilər quldarlıq dövrünün prinsipləri ilə fəaliyyət göstərirlər. Bu barədə FaktXeber.com-a Sumqayıtın 17-ci mikrorayon ərazisində yerləşən “Şahanə” şadlıq sarayında çalışan işçilərdən birinin yaxını məlumat verib. Məlumatda qeyd edilir ki, şəhərin əksər şadlıq saraylarında eyni vəziyyət yaşanır.

Səhər saat 9-dan xanım işçilər gecə saat 3-ə 4-ə qədər işləmək məcburiyyətində qalırlar. Buna səbəb isə iş sisteminin şadlıq sarayının müdiriyyəti tərəfindən məhz bu cür təyin edilməsi ilə bağlıdır. Belə ki, əsasən təmizlik işlərinə baxan xanım işçilər toy qurtardıqdan sonra məclis zalını və bütün qab-qacağı tamamilə təmizləmədən evə getmələri mümkün deyil. İşlərin hamısını sona çatdırmaq isə ən azı gecə saat 3-4-ə qədər çəkir. Şadlıq sarayında səhərisi gün növbəti dəfə toy olanda isə işçilər sözün əsl mənasında zülmə məruz qalırlar. Ona görə ki, növbəti iş gününə başlamaq üçün onların cəmi 4-5 saat dincəlmək imkanları olur.

Ən dəhşətli isə budur ki, 19 saatlıq iş rejiminə görə işçilərə verilən əmək haqqının miqdarı cəmi 7 manatdır. Lakin sözügedən Şadlıq Sarayında bundan da dəhşətli məqam mövcuddur. O da bundan ibarətdir ki, 19 saatlıq iş rejimi zamanı bir neçə dəqiqə oturaq və ya başqa formada istirahət edən işçinin əmək haqqı 2 manat kəsilir. Eyni halda işçilərin oturaraq istirahət etməsi üçün şadlıq sarayında stul belə yoxdur.”

Qeyd edək ki, sözügedən problemlə bağlı Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, sözügedən işçilər ilk öncə əmək müqaviləsi ilə işə qəbul edilməlidirlər. Eyni halda əgər hər hansı bir vətəndaşın əməyindən istismar olunması ilə bağlı şikayəti vardırsa, Sumqayıtda yerləşən nümayəndəliyimizə müraciət edə bilərlər. Yalnız bundan sonra hər hansı bir araşdırma aparılıb qərar verilməsi mümkündür.”
Xəyal Şükür, faktxeber.com

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın