Menu
Geri İrəli

Sumqayıtda saxlama müddəti ötmüş mallar aşkarlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Dekabr 2013 • Baxış sayı: 567 dəfə • Şərh yoxdur
Share Button

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqlər zamanı Bakının Nərimanov, Nəsimi, Abşeron, Xətai rayonlarında, eləcə də Sumqayıt, Gəncə, Gədəbəy, Şəmkir, Tovuz, Salyan, Ağcabədi, Quba, Şabran, Ağsu və Masallıda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Ümumilikdə, monitorinqlər zamanı saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən 400 kiloqramdan çox ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.

Ceyhun Rasimoğlu, sia.az

erzaq

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın