Menu
Geri İrəli

Sumqayıtda şəhər fəallarının yığıncağı keçirilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Sentyabr 2016 • Baxış sayı: 2,073 dəfə • 3 şərh

dsc_0032-1

Prezident İlham Əliyevin sentyabrın 27-də Sumqayıt şəhərinə səfəri zamanı verdiyi tövsiyə və tapşırıqların həlli, eləcə də son bir ildə görülən işlərin yekunu ilə əlaqədar şəhər fəallarının yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, əsaslı təmir olunaraq yenidən qurulan Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının binasında keçirilən tədbirdə şəhər rəhbərliyi, Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevin şəhərə son səfərinin əlamətdar hadisə olduğunu, ictimaiyyət nümayəndələri ilə görüşdə səsləndirdiyi təklif və tövsiyələrin Sumqayıtın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsində mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Yığıncaqda çıxış edən şəhər ictimaiyyətinin nümayəndələri son bir ildə görülən işlərin şəhər sakinlərinin rahatlığına, inkişafına hesablandığını vurğulayıblar. Çıxışlarda dövlətimizin başçısına Sumqayıta və sumqayıtlılara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ifadə olunub.

Tədbirdə Sumqayıt şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərində fərqlənənlərə fəxri fərmanlar təqdim olunub.

Daha sonra tədbir tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı ilə davam edib.

dsc_0237
dsc_0037-2 dsc_0038




dsc_0142 dsc_0145 dsc_0164
dsc_0197 dsc_0204 dsc_0209 dsc_0215 dsc_0221 dsc_0228 dsc_0235

dsc_0186dsc_0047

dsc_0049-1

dsc_0052-1

dsc_0077

dsc_0067-1

 

 

 

Facebook Şərhləndirmə:

“Sumqayıtda şəhər fəallarının yığıncağı keçirilib – FOTOLAR” yazısına 3 cavab

  1. Terane deyir:

    Çox maraqlı və səmimi görüş keçdi.
    Zakir müəllimi bu gərgin işlərdən sonra belə şən əhval ruhiyyədə görmək xoş idi. Bütün bunlar bizlərə ilham verir ki, daha ürəkdən və daha səylə çalışaq.

  2. sevinc deyir:

    Çox xoşuma gəldi tədbir.Məsum İbrahimova halaldır.Başçımız da sağ olsun ki şəhərimizdə bu qədər işlər görür və hamını da işlədir.Allah köməyiniz olsun

  3. Shefa deyir:

    Teatr binasi chox gozel olub. BAxdim tanimadim

Şərhinizi yazın