Menu
Geri İrəli

Sumqayıtda üzgüçülük idman növü üzrə yay yarışına yekun vuruldu

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Sentyabr 2013 • Baxış sayı: 320 dəfə • Şərh yoxdur

olimpia

01 sentyabr 2013-cü il tarixində Sumqayıt Paralimpiya İdman Kompleksində keçirilən “Gələcəyin Olimpiyaçıları” devizi altında üzgüçülük idman növü üzrə müxtəlif yaş qruplarının oğlan və qızları arasında yay yarışı keçirilib

Paralimpiya İdman Kompleksi və Gənclər və İdman Baş İdarəsi ilə birgə təşkil edilmiş yarışda 50 dən artıq idmançı qalib adı uğrunda mübarizə aparmışlar. Tədbirin açılış mərasimində Paralimpiya İdman Kompleksinin direktoru Afiq Süleymanov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevinölkədə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi diqqət və qayğısından, idmanın və bədən tərbiyəsinin Dövlət siyasətinin prioritet qollarından birinə çevrilməsindən, müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi Beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulmasından danışdı.

Gərgin idman mübarizəsi şəraitində davam edən yarışda Aytac Həşimzadə, Leyla Abduləzizova, Günel Əsgərova, Nərgiz Məmmədova qızlar arasında, Mirağa Ağayev, Ayxan Sədiyev, Həsən Məmmədzadə, Nihad Rəcəbli, Fuad Rəcəbli, Zakir Xəlilzadə, Rüfət Laçınov, İbrahim Əfəndiyev və Mehman Xanlarlı fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Yarışda müvafiq yerləri tutan idmançıları Paralimpiya İdman Kompleksi və şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Fəxri fərman və medallarla təltif edildi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın