Menu
Geri İrəli

Sumqayıtda “Yaşıl Düşüncə” velo-yürüş keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Noyabr 2015 • Baxış sayı: 386 dəfə • Şərh yoxdur

“Sağlam Düşüncə” Gənclər Təşkilatı “Təbiət Dostları” Gənclər Təşkilatı ilə birgə Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yaşıl düşüncə” ekoloji maarifləndirmə kampaniyası çərçivəsində 22 noyabr 2015-ci il tarixində Velo-yürüş keçirib.

Heydər Əliyev parkından start götürən və Nəsimi parkında yekunlaşan velo Velo-yürüşdə Bakıdan və Sumayıtdan 70-dən çox həvəskar velosipedçi iştirak edib. Yürüş şəhərin mərkəzi küçələrindən keçməklə 15 km-lik marşurutu əhatə edib. Yürüşdə velosipedin ekoloji nəqliyyat vasitəsi kimi təbliğ etmək, şəhər əhalisinin diqqətini ekoloji problemlərə cəlb etmək üçün yürüş iştirakçıları kampaniyanın şuarı əks edilmiş köynəklərlə təmin edilmişdilər. Yürüşün təhlükəsizliyi Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən təmin olunurdu. Bu “Sağlam Düşüncə” Gənclər Təşkilatı və “Təbiət Dostları” Gənclər Təşkilatının ekoloji maarifləndirmə və sağlam həyat tərzinin təbliği mövzusunda Sumqayıtda birgə təşkil etdiyi sayca beşinci velo-yürüşüdür.
Qeyd edək ki, Şuranın maliyyə dəstəyi ilə həyata keçirilən Kampaniyanın əsas məqsədi əhalinin ekoloji maarifləndirilməsini gücləndirmək, gənclər və yeniyetmələr arasında ekoloji məsuliyyətin formalaşdırılmasıdır. Layihə çərçivəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün gənclər və yeniyetmələr üçün ekoloji problemlər və onların həllində onların rolundan bəhs edən informasiya sessiyalar, ekoloji problemlərin müzakirəsi üçün məktəblilər arasında debat yarışları, Velosipedin nəqliyyat vasitəsi kimi təbliği üçün velo-yürüş, gənclər üçün ekoloji problemləri özündə əks etdirən bədii-sənədli filmlərin nümayişi və müzakirəsini təşkil edilir. Eyni zamanda “Təbiət Dostları” Gənclər Təşkilatı, Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsi, Ekoloji maarifləndirmə və təcrübəçilik mərkəzi “Yaşıl Düşüncə” ekoloji maarifləndirmə kampaniyasının tərəfdaşıdır.
“Sağlam Düşüncə” Gənclər Təşkilatı yarandığı gündən ekoloji maarifləndirməni əsas fəaliyyət istiqaməti kimi seçib və bir çox ekoloji layihələrin icraçısı və tərəfdaşı olub.

11988665_905083282916958_73914691180768894_n 12241554_905089032916383_1299641216552544000_n 12246895_905084276250192_1124771795102651729_n 12247118_905083999583553_3274285588467994576_n 12249931_905082616250358_6998459644517287037_n 12295452_905088852916401_1627779923003122800_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın