Menu
Geri İrəli

Sumqayıtlı deputat veteranlarla görüşüb

Müəllif: sumqayitxeber.com • Tarix: 13 May 2011 • Baxış sayı: 176 dəfə • Şərh yoxdur

43 saylı Sumqayıt 3-cü seçki dairəsi üzrə Milli Məclisin deputatı seçilmiş Muxtar Babayev şəhərin mikrorayonlarında yaşayan müharibə veteranları ilə görüşüb

II Dünya müharibəsində alman faşizmi üzərində tarixi qələbənin əldə olunmasında  ağır və çətin döyüş yolu keçərək, düşmənə qarşı mərdlik və igidliklə vuruşmuş yüz minlərlə Azərbaycan oğullarının da  mühüm və danılmaz rolu olmuşdur.

66 il əvvəl – indi uzaq tarixə çevrilmiş 1945-ci ilin 9 may günü qazanılmış böyük Qələbədə sonralar qurub-yaratmaq həvəsilə Sumqayıta gələrək, yeni bir şəhərin salınmasında, yaradılan sənaye müəssisələrində fədakarlıqla çalışmış yüzlərlə müharibə veteranının da  böyük xidmətləri olmuşdur.  43 saylı Sumqayıt 3-cü seçki dairəsi üzrə Milli Məclisin deputatı seçilmiş Muxtar Babayev şəhərin mikrorayonlarında yaşayan müharibə veteranlarını – seçicilərini 9 may Qələbə günü  münasibətilə təbrik etmək, bu böyük bayram sevincini onlarla birgə bölüşmək, onların qayğı və istəkləri ilə daha yaxından tanış olmaq üçün veteranların görüşünə getmişdir.  Müharibə qaliblərini evlərində təbrik eləyən Millət vəkili onların yaşayışı, qayğıları ilə maraqlanmış, döyüş yolları haqqında söhbətlərini, arzu və təkliflərini dinləmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın