Menu
Geri İrəli

Sumqayıtlı gənclər Qəbələdə keçirilən yarışda yüksək nəticə göstərdi

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Sentyabr 2014 • Baxış sayı: 496 dəfə • Şərh yoxdur

qebele3Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi və təşkilatçılıığı ilə yeniyetmələrin 9-cu respublika oyunları proqramına daxil olan taekvando idman növü üzrə keçirilən zona yarışları başa çatıb. Bakıda, Sabirabadda və Balakəndə bölgələr üzrə keçirilən qarşılaşmalarda qaliblər nəhayət ki ən güclünü müəyyən etmək üçün Qəbələ rayonunda final yarışında özlərini sınayıblar. 25-26 sentyabr tarixlərində keçirilən yeniyetmələr arasında final yarışlarına 20 komanda 2000-2001-ci il təvəllüdlü 140 idmançı qatılıb. Ağır keçən mübarizə sona yetib və qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalları ilə təltif olunub.

Sumqayıt şəhəri də 6 idmançı ilə təmsil olunub və 1 qızıl , 2 bürünc və 2 gümüş medala sahib olublar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın