Menu
Geri İrəli

Sumqayıtlılar hələ də “Su, qayıt”, “Su, qayıt” deyirlər

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Avqust 2015 • Baxış sayı: 744 dəfə • 1 şərh

1438593945_15455185Sumqayıtın hələ də həll olunmamış bir sıra problemləri var. Nə qədər şəhərdə inkişaf olsa da, Sumqayıtın kommunal problemləri həllini tapmamış qalır. Xüsusilə də şəhər əhalisinin su təchizatı məsələsi…

Əbəs yerə deyil ki, Sumqayıt adının yaranmasında da su problemi öz əksini tapır. Belə ki, şəhər haqqında olan əfasanələrin birində Sumqayıtın adının “Su qayıt” toponimindən qaynaqlandığı deyilir. (Sumqayıt çayı isti aylarda quruduğundan)

Son aylarda Sumqayıtda su təchizatı ilə bağlı ciddi problemlər yaranıb. Bu problemlər özünü tez-tez su təchizatında baş verən qəzalar şəklində göstərir, eyni zamanda suların verilişində fasilə və zəifləmələr də yaranır. Sakinlər zirzəmilərinin su ilə dolu olmalarından, bu zaman yaranan üfunət qoxusu və ağcaqanaddan da böyük ölçüdə gileylənirlər. İş burasındadır ki, şikayətlər yeni rəis Həmdulla Əliyevin gəlişindən sonra daha da artıb.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılov bildirib ki, hökumət su təsərrüfatına yüz milyonlarla, milyardlarla vəsait qoyub. İndi Bakının və Abşeron yarımadasının fasiləsiz su ilə təminatı 78,3 faizə çatıb, 2004-cü ildə isə bu rəqəm 29 faiz idi. Buradan belə anlamaq olar ki, Sumqayıt şəhərində fasiləsiz su təchizatı minimum 70 faiz mövcud olmalıdır. Amma təəssüf ki, bu belə deyil. Şəhərin mikrorayon və məhəllərinin ən azı yarısındasu fasilələrlə verilir.

Məsələn, Sumqayıtın ən böyük mikrorayonlarından biri olan 9-cu mikrorayonda yuxarı mərtəbələrə su qrafiklə verilir. Səhər saat 6-dan 9-a kimi və axşam da 6-dan 9-a kimi. 6 və 9 rəqəmləri bu mikrorayonun sakinləri üçün xüsusi “əhəmiyyət kəsb edir”. Belə aydın olur ki, Sumqayıtın əksər ərazilərində su 24 saat verilmək əvəzinə cəmi 6 saat verilir.

Sumqayıt Sukanal İdarəsi ilə bağlı son vaxtlar redaksiyamıza xeyli şikayət daxil olub. Bu günlərdə Sumqayıt şəhər 18-ci mkr, ev 31a sakinləri Su kanal idarəsindən şikayət ediblər. Su idarəsinin əməkdaşları gəlib binanın qarşısında partlamış nasaz borunu düzəltsələr də, blokun qarşısını bərbad günə qoyublar. Qurumdan həmin vaxt Xeberle.com-a bildirdilər ki, problemdən xəbərdardırlar və özləri gözləyirdilər ki, bir az müddət keçsin və ərazi tam qurusun; İdarə rəsmisi söylədi ki, bir həftədən sonra gəlib asfaltlayacaqlar. Lakin üstündən 1 ay vaxt keçməsinə baxmayaraq, hələ bir iş görülməyib.

Görünən budur ki, bu şikayətlərin sayı artmaqdadır. Bu gün də Xeberle.com portalının ünvanına Sumqayıt şəhər Sukanal İdarəsi ilə bağlı şikayət məktubu daxil olub. Məktubda qeyd olunur ki, bu gün səhər saat 10:00 radələrində 6-cı mikrorayonda suyun verilişi dayandırılıb: “Suyun kəsildiyini görüb, Sumqayıt şəhər Sukanal İdarəsinin (018) 648 62 68 nömrəsinə zəng vurub suyun kəsildiyi ilə bağlı məlumat verdik. Su təchizatının dayanma səbəbini və nə vaxt bərpa olunacağını soruşduqda bizə səbəb kimi təzyiqin aşağı düşməsini və təqribən 1 saat ərzində problemin həll olunacağını bildirdilər. Deyilən vaxtda suyun gəlmədiyini görüb yenidən zəng vurduq. Nurlan İsiyev adlı növbətçi (dispetçer) 17-ci mikrorayon ərazisində qəzanın baş verdiyini səbəb gətirərək suyun verilməsini gec bir müddətdə bərpa olunacağını dedi. Bununla yanaşı, “Azərsu”nun 955 saylı “Qaynar xətti”nə də zəng vurduq. Təəssüflər olsun, zəngimizə cavab verən tapılmadı. Maraqlıdır ki, Sumqayıt şəhər Sukanal İdarəsinin eyni ərazi ilə bağlı səbəb kimi verdiyi məlumat uyğun gəlmir. Biz hansı əsrdə yaşayırıq ki, problemin nə vaxt aradan qaldırılması naməlum olsun?”

Məsəli ilə bağlı Sumqayıt şəhər Sukanal İdarəsinin rəisi Həmdulla Əliyevlə əlaqə saxladıq. O bildirdi ki, böyük qəza baş verib və suyun verilməsi bərpa olunacaq.

Yeri gəlmişkən bu gün binaların zirzəmilərinin su il dolmasına dair növbəti şikayət daxil olub. 9-cu mikrorayon, 3 saylı binanın sakinləri qeyd ediblər ki, zirzəmilər su ilə doludur və içməli su üzünə həsrətdirlər.
Onu da qeyd edək ki, zirzəmilərin su ilə dolu olmasına ən çox şəhərin 2,4, 5, 6, 8, 9 və sair mikrorayonlarında rast gəlinir.
Sumqayıt Sukanal İdarəsi XXI əsrdə insanların əsəblərini su ilə “sınağa çəkməməlidir”.

Xeberle.com

Facebook Şərhləndirmə:

“Sumqayıtlılar hələ də “Su, qayıt”, “Su, qayıt” deyirlər” yazısına bir cavab

  1. 14 cü məhəllə 112 bina sakinləri deyir:

    Elə yuxarıda yazılan problemlərdən bizdə yaşayırıq.gün ərzində 6 saat su verilir.ancaq bir məsələ var 2 il öncə iki bina arasındakı su borularını təmir edən zaman bizim həyəti o baş bu baş qazdılar lakin asfalt örtüyü çəkmədi lər dedilər asfaltzavoda demişik gəlib çəkəcəklər.bir müddət gözlədik gələn olmadı zəng etdik dedilər bizdə elə sifariş yoxdur su idarəsinə dedik dedilər biz asfalt çəkənik.bax belə indi qışda palçığına yayda da tozuna dözə bilmir həyətdə olub çala çuxur.MİS deyir bizlik deyil.indi siz deyin nə çarə edək.bəlkə siz bizə köməklik edəsiniz.

Şərhinizi yazın