Menu
Geri İrəli

Yanvarın ikinci yarısı soyuq keçəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Yanvar 2013 • Baxış sayı: 264 dəfə • Şərh yoxdur
Ötən gün respublika ərazisində havanın temperaturu çoxillik norma ilə müqayisədə 1,5 dərəcə aşağı olub. Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva məlumat verib. O bildirib ki, yanvarın ilk günlərində ölkə ərazisində temperatur çoxillik normadan 2-3 dərəcə yüksək olub. Yalnız ötən gün temperaturun iqlim normasından aşağı olması müşahidə edilib.

 Bu havanın yanvar ayı üçün nə dərəcədə gözlənilən olmasına gəlincə, U. Tağıyeva qeyd edib ki, müşahidə edilən temperaturun iqlim normasından yüksək olması qeyri-adi hadisə deyil: “Yanvar ayı yeni başlayıb, yalnız ayın ilk həftəsində belə hava müşahidə edilib. Bu temperatur normadan bir qədər yüksəkdir. Ötən il də yanvar ayında çox güclü şaxtalar müşahidə olunmamışdı. Fevral ayında isə güclü şaxta qeydə alınmışdı. Ötən il yanvar ayında temperatur iqlim normasından yüksək idi. Belə hava şəraiti bizim aylıq proqnozumuza da uyğundur. Aylıq proqnozumuzda qeyd olunmuşdu ki, ilk günlər ölkə ərazisində temperatur iqlim normasından yüksək olacaq. Lakin yanvarın ikinci yarısında havalar bir qədər soyuq keçəcək”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın