Menu
Geri İrəli

Azərbaycanda yeni doğulan körpələrə ən çox verilən adlar

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Mart 2014 • Baxış sayı: 707 dəfə • Şərh yoxdur
Share Button

Bu ad 459 qız uşağına qoyulub.

2014-cü ilin 3 ayı ərzində Azərbaycanda yeni doğulan körpələrə ən çox verilən adların siyahısı açıqlanıb.

Ədliyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycanda doğulan oğlan uşaqlarına verilən adlardan ən populyarı Yusifdir. Belə ki, bu ad 541 körpəyə verilib.

İkinci yerdə Hüseyn (344), üçüncü yerdə isə Əli (325) adıdır.

Qız uşaqlarına ən çox verilən ad isə Zəhra adıdır. Bu ad 459 qız uşağına qoyulub. Digər ən çox verilən adlar isə Nuray və Fatimədir. Belə ki, 353 nəfərə Nuray, 301 nəfərə isə Fatimə adı verilib.

Qeyd edək ki, bu adlar əvvəlki illərdə də ən çox verilən adlar siyahısında olub.

korpe_usaq

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın