Menu
Geri İrəli

19 nəfərin deputatlığa namizədliyi qeydə alındı

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2015 • Baxış sayı: 396 dəfə • Şərh yoxdur
Share Button

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən növbəti iclasında Azərbaycan Milli Demokrat Partiyasının 4 səlahiyyətli nümayəndəsi qeydə alınıb.

İclasda bir nəfərin – İzzətli Ruslan Teymur oğlunun təşviqatla bağlı müraciəti əsasında Dairə Seçki Komissiyasının (DSK) qərarı araşdırılaraq ləğv edilib.

MSK sədri Məzahir Pənahov bildirib ki, deputatlığa namizədlik üçün müraciət edənlərin sayı 1017 nəfərdir: “Onların 506-sı siyasi partiyalar tərəfindən, 37-si siyasi partiya bloku, 3 nəfərin namizədliyi təşəbbüs qrupu, 471 nəfərin namizədliyi isə fərdi qaydada irəli sürülüb. 839 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub, 721 nəfər imza vərəqəsi alıb. 64 nəfər imza vərəqələrini qaytarıb, 19 nəfərin deputatlığa namizədliyi isə qeydə alınıb. 19 nəfərdən 5-i Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi və Ümid Partiyaları tərəfindən irəli sürülüb, həmçinin 14 nəfərin namizədliyi isə fərdi qaydada irəli sürülüb”.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın