Menu
Geri İrəli

Azərbaycan Ordusunda faciə: 3 hərbçi şəhid oldu, 8 əsgər yaralandı

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Aprel 2014 • Baxış sayı: 1,504 dəfə • Şərh yoxdur

Ötən gecə 01:00-da Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 3 hərbçisi ölüb, 8 əsgər ağır yaralanıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə cəbhənin Füzuli istiqamətində Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndi ərazisində baş verib.

Mina partlaması nəticəsində Azərbaycan Ordusunun hərbçiləri – əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev şəhid olub. Ərazidəki 8 əsgər isə ağır yaralanıb.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

esger-kolgesi

Facebook Şərhləndirmə:

Şərhinizi yazın