Menu
Geri İrəli

“Baş bayraqdar”ın maxinasiyaları ilə bağlı şok məlumatlar

Müəllif: sumqayitxeber.com • Tarix: 12 May 2015 • Baxış sayı: 601 dəfə • Şərh yoxdur

img1811732Rəşad Məmmədovla bərabər bir neçə şəxs də saxlanıb; büdcə pullarının şirkət vasitəsi ilə necə oğurlandığı üzə çıxdı

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi, “Azİmport” şirkətinin faktiki sahibi Rəşad Məmmədovun fəaliyyəti ilə bağlı yeni məqamlar üzə çıxıb. “Yeni Müsavat”a daxil olan məlumata görə, R.Məmmədovla bərabər bir neçə şəxs də istintaqa cəlb olunub. Onların sırasında R.Məmmədovun yaxın çevrəsinə daxil olan şəxslər də var. Bu şəxslərdən biri “Azİmport” şirkətinin nümayəndəsi Arzu Məmmədovdur.

Bundan başqa, Səbayel rayonundakı 41 saylı Notariat Kontorunun səlahiyyətlilərinin də istintaqa cəlb edildiyi bildirilir. A.Məmmədovun  “Azİmport”un mühəndisi olması haqda da məlumat var.
Hüquq-mühafizə orqanları R.Məmmədovun saxlanılması haqda suallara susqunluqla cavab verdikləri bir vaxtda “Azİmport”un böyük büdcə pullarını həzm-rabedən keçirməsi haqda yeni detallar üzə çıxıb. Virtualaz.org yazır ki, şirkət əlindəki inzibati resurslardan sui-istifadə edərək həyasızcasına reketliklə məşğul olub, insanların halal və qanuni mülklərini, sadəcə olaraq, qəsb edib.
“Rəşad Məmmədov-Martirosov keçmiş OMON-çu Azər Əsgərovla əl-ələ verərək Azərbaycana, onun dövlət büdcəsinə Qarabağdakı işğalçı rejimdən də çox zərbə vurub. Bunu faktlar, sənəd və dəlillərlə sübut etməyə çalışacağıq. Abşeronda əsas şosse yollarının kənarında ucaldılmış ”Potyomkin hasarları” Bakıda lətifə mövzusuna çevrilib. Başı büdcə vəsaitlərini talamağa qarışmış dövlət oliqarxiyası eyforiya içində on milyonlarla manatı mənimsəməklə məşğul idi. Bu pullar dövlət xəzinəsindən müasir Azərbaycanın irreal mənzərəsini gizlətmək üçün ayrılmışdı… Xəzər Rayon İcra Hakimiyyəti (RİH) Aparatının keçmiş əməkdaşlarından birinin virtualaz.org saytına verdiyi məlumata görə, “Azİmport” şirkəti bu “Potyomkin hasarları”nın tikintisi zamanı on milyonlarla manat vəsaiti mənimsəyib. Mənimsəmə mexanizmi isə belə olub. Hasara hörülmüş bir ədəd mişar daşı (“kubik”) şirkətə cəmi 32 qəpiyə başa gəlib. Lakin büdcədən bir mişar daşı üçün 1 manat 60 qəpik ayrılıb. Çox sərfəli qazanc yeridir…
 Buzovnada mərkəzi şosse yolu boyunca kilometrlərlə uzanan hasar çəkilib. “Azİmport” şirkəti bu hasardakı hər daşdan 1 manat 28 qəpik xalis qazanc götürüb. İndi bu 1 manat 28 qəpiyi on milyonlarla mişar daşına vurun!!! Biz hələ sement, qum, digər tikinti materiallarını demirik! Hələ bu da hamısı deyil. Xəzər RİH-in nümayəndəsi K.Əliyevin Xəzər RİH başçısı Q.İslamova təqdim etdiyi 29.12.2011-ci il tarixli xidməti arayışda RİH-in sərəncamı ilə əmlak almış 47, bələdiyyənin sərəncamı ilə mülk almış 68 mülk sahibinin siyahısı var.
Daha 10  vətəndaşın isə əmlak sahibi olmasına dair dövlət aktı olub. Adı bu siyahıya düşən sakinlərdən yalnız birinin – Seymur Arif oğlu Rəhimovun heç bir sənədi olmayıb. Siyahıdakı şəxslərin əmlakının ümumi sahəsi 7598 kvadratmetr təşkil edib. Lakin bu əmlak sahiblərinin heç biri özlərinin sökülmüş mülkünə görə bir qəpik də kompensasiya almayıb. Bəs “Azİmport” şirkəti vətəndaşlara sökülən mülklərinə görə ədalətli şəkildə kompensasiya ödəmək üçün nə qədər büdcə vəsaiti alıb? 1 kvadratmetr üçün 1650 manat hesabı ilə düz 12 milyon 536 min manat. Yəni bir tərəfdən insanlara pul ödəməyiblər, digər tərəfdən isə onların sökülən obyektlərinin yerində 158 mağaza tikiblər! Özü də bu mağazaların hamısını icarəyə veriblər. Burada qarət-talan sxeminin daha bir vacib detalı ilə rastlaşırıq. Hesabatlarda guya 126 obyektin söküldüyü bildirilir. Əslində isə cəmi 40 obyekt sökülür.
Yəni 126 obyektdən 80 dağıdılmışı və yenidən qurulanı yalnız kağız üstündədir! Şirkət 80 obyektin sökülməsi və 80 yeni mağazanın tikilməsi əməliyyatından da xeyli miqdarda xalis gəlir götürüb. Bəs şirkət əslində nə edib? 80 mağazanı yüngülvari təmir edir və daha 78-ni tikir. Qazanc ölçüyəgəlməz dərəcədə böyükdür. Oğurluq elə budur…” deyə, sayt yazır. 
Qeyd edək ki, “Azİmport” şirkəti Xəzər rayonunda podrat işləri görmək üçün Xəzər RİH-lə iki müqavilə bağlayıb. 
Onlardan biri Bakı-Aeroport-Zağulba magistral yolunun çəkilməsi, ikincisi isə 26 saylı məktəbin əsaslı təmirinə dair olub. Amma “Azİmport” şirkəti kommersiya sirri olduğunu əsas gətirərək bu iki müqavilə ilə bağlı informasiya verməkdən hələ də imtina edir.
“Bizim qəsəbədə hər şeyi dağıtdılar. İnsanların mal-mülkünü bacardıqları qədər qəsb etdilər. ”Azİmport” şirkəti mənim Rasim İmanov küçəsi, 2 ünvanındakı qarajımı ələ keçirdi. Qarajı uçurub dağıtdılar. Bir qəpik də kompensasiya ödəmədilər. Mənim qarajımın yerində, digər sakinlərin əmlakının yerində nəhəng ticarət mərkəzi tikiblər”  deyə, Buzovna sakini olan neftçi Azər Salmanov başına gələnləri nəql edir.
Sayt yazır ki, “Azİmport” faktiki olaraq misilsiz və unikal oğurluq modelini həyata keçirib. Bir tərəfdən dövlət büdcəsindən milyonları-mülkiyyətçilərə ədalətli kompensasiyaların ödənilməsi üçün ayrılan subsidiyaları mənimsəyirlər, sonra həmin pullara ticarət obyektləri, restoranlar, zəbt olunmuş torpaqlarda obyektlər tikirlər.
Daha sonra həmin obyektləri sanballı məbləğə icarəyə veriblər, üstəlik, bələdiyyə torpaqlarını da zəbt ediblər. Hansı ki, həmin torpaqları da bölüb satırlar. Və bütün bunlar qəsəbələrin və şəhərlərin abadlığı adı altında edilir! Yüzlərlə hektar torpağı ələ keçirib hasarlayırlar. Burada söhbət dövlət vəsaitləri hesabına tikilən həmin “Patyomkin hasarlarından” gedir və bölüb satırlar – sotunu 10-20 min manatdan!
Qeyd edək ki,  bir qədər əvvəl R.Məmmədovun anasının erməni olması və 1997-ci ildə döyüş şəraitində olan hərbi hissəni özbaşına tərk etməsi haqda da səhih məlumatlar var. Belə bir mənşəyi və ləkəli keçmişi olan şəxsin Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi postuna təqdimatını kimin verdiyi isə bəlli deyil. 
 
E.HÜSEYNOV, musavat.com

Rəşad Məmmədovla bərabər bir neçə şəxs də saxlanıb; büdcə pullarının şirkət vasitəsi ilə necə oğurlandığı üzə çıxdı

E.HÜSEYNOV

Facebook Şərhləndirmə:

Şərhinizi yazın